top
La Liqa: Atletikdən Betisə, Barselonadan Rayo Valyekanoya, Alavesdən Seltaya qələbə - YENİLƏNİR + VİDEO Idman.biz
22 mart 2026, 23:37
- ↺ +

La Liqa: "Atletik"dən "Betis"ə, "Barselona"dan "Rayo Valyekano"ya, "Alaves"dən "Selta"ya qələbə - YENİLƏNİR + VİDEO

İspaniya La Liqasının 29-cu turu çərçivəsində keçirilən "Atletik" - "Betis" qarşılaşması ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Atletik" oyuna fəal başlayıb və artıq 25-ci dəqiqədə müdafiəçi Dani Vivian hesabı açıb. İlk hissənin sonuna yaxın, 45-ci dəqiqədə yarımmüdafiəçi Oyan Sanset komandasının üstünlüyünü ikiqat artırıb. Qonaqlar oyunun sonlarına yaxın təzyiqi artırsalar da, yalnız bir qol vura biliblər - 75-ci dəqiqədə Pablo Fornals fərqlənərək matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra "Atletik" xallarının sayını 38-ə çatdıraraq turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. "Betis" isə məğlubiyyətə baxmayaraq, 44 xalla beşinci yerdəki mövqeyini qoruyub. Növbəti turda "Betis" aprelin 4-də doğma meydanda "Espanyol"u qəbul edəcək. "Atletik" isə bir gün sonra səfərdə "Xetafe"nin qonağı olacaq.

21:51

İspaniya La Liqasının 29-cu turu çərçivəsində keçirilən "Selta" - "Alaves" qarşılaşması mövsümün ən dramatik oyunlarından biri ilə yadda qalıb. Viqoda baş tutan matçda qonaqlar inanılmaz iradə nümayiş etdirərək 4:3 hesablı qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, oyunun ilk hissəsi "Selta"nın tam üstünlüyü ilə keçib. Meydan sahibləri Ferran Xutqla və Uqo Alvaresin qolları ilə hesabda 3:0 öndə olsalar da, ikinci hissədə "Alaves" meydanda əsl fırtına qoparıb. Qonaqların heyətində Toni Martines dubl müəllifi olub, digər qolları isə Anxel Peres və Abderrahman Rebbaç rəqib qapısından keçiriblər.

Bu qələbə sayəsində xallarının sayını 31-ə çatdıran "Alaves" turnir cədvəlində 16-cı pilləyə yüksələrək düşmə zonasından uzaqlaşıb. "Selta" isə 41 xalla altıncı yerdə qərarlaşıb.

Qeyd edək ki, Viqo təmsilçisi bu məğlubiyyətlə Avrokubok zonasındakı mövqeyini ciddi təhlükəyə atıb.

19:06

İspaniya La Liqasının 29-cu turu çərçivəsində keçirilən "Barselona" - "Rayo Valyekano" matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada azarkeşlər cəmi bir qolun şahidi olublar.

İdman.Biz xəbər verir ki, oyunun taleyini 24-cü dəqiqədə vurulan qol həll edib. "Barselona"nın müdafiəçisi Ronald Arauxo rəqib qapısına yol taparaq komandasına vacib üç xalı qazandırıb.

Bu qələbədən sonra "Barselona" xallarının sayını 73-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. Hazırda 32 xalı olan "Rayo Valyekano" isə 14-cü pillədə qərarlaşıb.

Növbəti turda "Rayo Valyekano" aprelin 3-də doğma meydanda "Elçe"ni qəbul edəcək. "Barselona" isə bir gün sonra səfərdə çempionluq yolundakı ən ciddi rəqiblərindən biri olan Madrid "Atletiko"sunun qonağı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər