top
Bundesliqa: Ştutqart Auqsburqu darmadağın etdi, Maynz Ayntraxtı məğlub etdi, Frayburq Sankt-Pauliyə qalib gəldi - YENİLƏNİB + VİDEO Idman.biz
23 mart 2026, 01:05
- ↺ +

Bundesliqa: "Ştutqart" "Auqsburq"u darmadağın etdi, "Maynz" "Ayntraxt"ı məğlub etdi, "Frayburq" "Sankt-Pauli"yə qalib gəldi - YENİLƏNİB + VİDEO

Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində keçirilən "Auqsburq" - "Ştutqart" qarşılaşması qonaqların 5:2 hesablı möhtəşəm qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Ştutqart" oyuna sürətli başlayıb və artıq 12-ci dəqiqədə Dəniz Undavın qolu ilə önə keçib. Qonaqlar təzyiqi artıraraq fasiləyə qədər daha iki qol vurmağı bacarıblar: 29-cu dəqiqədə Tiaqu Tomaş, 31-ci dəqiqədə isə Nikolas Narti rəqib qapısına yol tapıblar. Meydan sahibləri ikinci hissədə Fabian Rider (61-ci dəqiqə) və Anton Kadenin (80-ci dəqiqə) qolları ilə fərqi azaltmağa çalışsalar da, "Ştutqart"ın cavabı gecikməyib. Deniz Undav 62-ci dəqiqədə dublunu rəsmiləşdirib, oyunun son nöqtəsini isə 90+1-ci dəqiqədə Ermedin Demiroviç qoyub.

Bu qələbədən sonra "Ştutqart" xallarının sayını 53-ə çatdıraraq turnir cədvəlində üçüncü pillədəki mövqeyini möhkəmləndirib. "Auqsburq" isə 31 xalla 10-cu yerdə qalıb.

22:52

Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində keçirilən "Sankt-Pauli" - "Frayburq" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hamburqda baş tutan görüş meydan sahiblərinin üstünlüyü ilə başlasa da, "Frayburq" oyunun axarını dəyişməyi bacarıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın 24-cü dəqiqəsində Danel Sinani "Sankt-Pauli"ni önə keçirib. Lakin ikinci hissədə səhnəyə çıxan İqor Matanoviç matçın taleyini həll edib. O, əvvəlcə 65-ci dəqiqədə hesabı bərabərləşdirib, 78-ci dəqiqədə isə dublunu rəsmiləşdirərək komandasına vacib qələbə qazandırıb.

Bu nəticədən sonra "Frayburq" xallarını 37-yə çatdıraraq turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. "Sankt-Pauli" isə 24 xalla 16-cı yerdə qalıb və təhlükəli zonadan uzaqlaşa bilməyib. Növbəti turda "piratlar" aprelin 5-də səfərdə "Union"la qarşılaşacaq, "qartallar" isə aprelin 4-də doğma meydanda "Bavariya"nı qəbul edəcək.

21:05

Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində keçirilən "Maynz" - "Ayntraxt" qarşılaşması ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, "Maynz" oyuna sürətli başlayıb və artıq altıncı dəqiqədə Paul Nebelin qolu ilə önə keçib. Lakin qonaqlar 20-ci dəqiqədə Nataniel Braunun sayəsində tarazlığı bərpa edə biliblər. Matçın taleyi isə son dəqiqədə həll olunub. Paul Nebel 90-cı dəqiqədə dublunu rəsmiləşdirərək "Maynz"a qələbə qazandırıb.

Bu nəticədən sonra "Maynz" xallarını 30-a çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlib. "Ayntraxt" isə 38 xalla yeddinci sırada qalıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər