top
Valdas Dambrauskas: Sabahın Turan Tovuza məğlubiyyətində məsuliyyəti mən daşıyıram Sport24.az
Bu gün, 21:16
- ↺ +

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 10-cu turunun "Turan Tovuz"la(3:2)matçından sonra mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

"Turan Tovuz"u qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün bizdən daha yaxşı çıxış etdilər və qələbəyə layiq idilər. Bu gün çox gözəl atmosfer var idi. Biz hər dəfə bura gələndə, bu cür atmosferi görürük. Qonaq komandanın azarkeşləri çox yaxşı atmosfer yaratmışdılar. Bolqollu oyunun şahidi olduq. İkili mübarizələr gördük. "Turan Tovuz" bu cür atmosferdən qalib ayrıldı. Bu məğlubiyyətdə mənim taktiki bəzi səhvlərim oldu.  Çünki 2:1-dən sonra bəzi hallar oldu ki, artıq səvhlər etdiyimiz göründü. İkinci hissəyə daha yaxşı başladıq, iki qol vurduq. Komandam ikinci hissədə çempionluq xarakteri göstərdik. Birinci hissədə isə rəqibə çox boşluqlar verdik. Onlar da bundan yararlandılar. "Turan Tovuz"a məğlubiyyətin məsuliyyətini mən daşıyıram. Bəzi taktiki planlarımız var idi ki, onlar bu gün işlədiyimiz şəkildə işləmədi.

 

- Növbəti sınağınız "Vikinq"ə qarşı olacaq. Qısa müddətdə komandanı psixoloji cəhətdən toparlaya biləcəksiz?

 

- Biz artıq 6 oyundur ki, bu cür sıx qrafikdə oynayırıq. 3-4 gündən bir oyunumuz olur. Bərpa olunmaq üçün çox az vaxtımız qalır. Bəzən cəmi 1 taktiki məşqimiz, iclasımız olur. Bu şəkildə hazırlaşaraq, oyunlara çıxırıq. Artıq Bakıya geri qayıdırıq, səhər saatlarında paytaxtda olacağıq. Şənbə günü futbolçulara istirahət vermişəm. Bazar günü məşqimiz var və burada bərpa keçənlər, oynamayanlar məşqə çıxacaq. Bazar ertəsi məşq etdikdən səfərə çıxacağıq. Bərpa üçün tam istədiyimiz olmasa da, Çempionlar Liqası bizim istədiyimiz, arzuladığımız idi. Çalışacağıq ki, çərşənbə günü ən yaxşısını meydanda göstərək.

 

- Velko Şimiç və Umarali Raxmonaliyev "Vikinq"lə oyuna qədər tam hazır olacaqlar?

 

- Umaralı hazırdır. Sadəcə biz istədik ki, digər oyunlarda gümrah olsun. Tonusda qalması üçün ona istirahət vermək qərarına gəldik. Simiç zədəlidir, inanıram ki, kiçik şansımız olsa da, onu "Vikinq"lə görüşdə meydanda görəcəyik.

 

- "Vikinq" mart ayından bu yana evdə uduzmur, cəmi bir dəfə heç-heçə edib. O da "Bavariya"ya qarşı. Onların seriyasını sındıracaq potensialı özünüzdə görürsüz?

 

- Hər oyun çətindir. Onlar 14 oyundur məğlub olmurlarsa, o demək deyil ki, biz ora getməməliyik, döyüşməməliyik. Orada görəcəyik. Çalışacağıq ki, rəqibin zəif cəhətlərini öyrənək və bizə uyğun nəticə ilə geri qayıdaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Bu gün, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Bu gün, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Bu gün, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Bu gün, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Bu gün, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Bu gün, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Bu gün, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Bu gün, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Bu gün, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Bu gün, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Bu gün, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Bu gün, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Bu gün, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Bu gün, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Futbol
Bu gün, 18:41

Fransa Liqa 1-də Şimal derbisi və liderlik mübarizəsi: Lill-Lans oyunu həftənin fokusunda

Oxşar xəbərlər