top
Valdas Dambrauskas: “Hakim qərarlarından bu qədər danışıldığını görməmişəm” Idman.biz
23 aprel 2026, 00:22
- ↺ +

Valdas Dambrauskas: “Hakim qərarlarından bu qədər danışıldığını görməmişəm”

"Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ" komandasına qalib gəldikləri (2:1, ilk oyun – 2:2) matçı şərh edib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis finala yüksəlmələrinə baxmayaraq, komandanın əsas hədəfə köklənməli olduğunu bildirib.

"Sabah" ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr etmək istəyirəm. Oyun bərabər səviyyədə keçdi, çətin anlarımız oldu. Hesab edirəm ki, buraxdığımız qol matçın həlledici epizodu idi, ondan sonra oyuna qayıda bildik. Xarakterimiz və inadkarlığımız sayəsində qələbə qazandıq. Əlbəttə, bu gün bu uğuru bir az qeyd edəcəyik, sonra isə növbəti oyunlara hazırlaşacağıq. Finala çıxmışıq, lakin Kuboku qazanmayana qədər bu, heç nə ifadə etmir", - deyə Dambrauskas söyləyib.

Məşqçi həmçinin hakim qərarlarını şərh etməkdən imtina edib və hakimliyin inkişafının ölkə futbolunun ümumi yüksəlişinin vacib hissəsi olduğunu vurğulayıb:

"Əgər Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, hakimlik də inkişaf etməlidir. Mən bir neçə ölkədə işləmişəm, lakin heç yerdə referi qərarlarının bu qədər tez-tez müzakirə olunduğunu görməmişəm. Elə olur ki, eyni epizodlarda fərqli qərarlar qəbul edilir".

Dambrauskas əlavə edib ki, Kubokun finalı hər zaman çətin sınaqdır:

"Mən heç vaxt asan final görməmişəm. Ümid edirəm ki, həlledici gündə ən güclü komanda qalib gələcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:43

Ronaldunun 'Əl-Sədd' qarşılaşmasından əvvəl komanda yoldaşlarına müraciəti açıqlandı

Futbol
Bu gün, 01:40

Kristian Şevçenko 'Şolinq'də cəmi 8 həftə qalıb və 'Beyzinqstok Taun'a keçib

Futbol
Bu gün, 01:35

Pafos 0:2 hesabı ilə Danimarka “Midtüllann” klubuna məğlub oldu

Futbol
Bu gün, 01:30

Ronaldo kimi futbolçunun Portuqaliyada bir daha yetişməyəcəyini düşünmürəm

Futbol
Bu gün, 01:09

Amorim: Hər üç gündə qələbə məcburiyyəti təzyiqlə yaşayır

Futbol
Bu gün, 00:50

Barselona Qvardiolun transferində Rodrindən dəstək gözləyir

Futbol
Bu gün, 00:20

Səudiyyə şirkəti

Futbol
Bu gün, 00:19

Beşiktaş Avropa Liqasında İsrail klubu Hapoel Beer-Şeva'ni 2:1 məğlub etdi

Futbol
Bu gün, 00:10

Qavi: Ulduz deyil, komandamızın bir parçasıyam

Futbol
Bu gün, 00:01

Barella sevimli futbolçusunu Cud Bellinqəm kimi elan etdi

Futbol
Dünən, 23:44

Beşiktaş Batumda azarkeşlərin qarşısında güc tətbiq edən təhlükəsizlik qüvvələrini sərt şəkildə pisləyir;

Futbol
Dünən, 23:40

Ərdoğan Beşiktaşın prezidentinə zəng edərək azarkeşlərə dəstək verdi

Minifutbol
Dünən, 23:40

Qusarda keçirdiyim dövrü xatırlayıb, hələ də darıxıram

Futbol
Dünən, 23:36

Batumi insidenti Türkiyə klublarını birləşdirdi – Beşiktaşa dəstək

Futbol
Dünən, 23:27

İnter"də Karlos Auqusto ilə yeni müqavilə imzalandı

Futbol
Dünən, 23:21

Ronaldo karyerasını davam etdirmə qərarını mövsümün sonunda verəcək

Futbol
Dünən, 23:20

Vedat Muriqi ən yaxşı oyunçu mükafatını həyat yoldaşına təqdim edəcək

Futbol
Dünən, 23:06

Türkiyə Klubları Beşiktaş'a Güc Tətbiqini Kəskin şəkildə Pisləyir

Futbol
Dünən, 23:00

Tovuz, Xoşbəxt Xəbərlə Derbi Öncə Qəbul Edir

Futbol
Dünən, 22:55

Beşiktaş‑Hapoel qarşılaşması yenidən təyin edildi

Futbol
Dünən, 22:52

Batumi‑də “Beşiktaş” – “Hapoel Beer‑Şeva” matçı polis müdaxiləsindən sonra bərpa olundu

Futbol
Dünən, 22:52

“Qalatasaray” rusiyalı futbolçunun azad çıxış haqqını 80 milyon avroya yüksəltmək istəyir

Futbol
Dünən, 22:51

Juventus Daniel Yanesi transferini planlaşdırır;

Futbol
Dünən, 22:37

Gürcüstanda Beşiktaş və Hapoel Beer Şeva qarşılaşması polis müdaxiləsi ilə dayandırıldı, xəsarət alındı

Oxşar xəbərlər