Almaniya Bundesliqasının 11-ci turunda "Borussiya Dortmund" "Ştutqart"ı qəbul edib.
İdman.Biz bildirir ki, oyun 3:3 hesabı ilə yekunlaşıb.
Emre Can 34-cü dəqiqədə penaltidən dəqiq zərbə endirərək ev sahibi komandaya üstünlük qazandırıb. Maksimilian Bayer isə 42-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. Deniz Undav 47-ci dəqiqədə bir cavab qolunu vurub, 71-ci dəqiqədə isə hesabı bərabərləşdirib. Kərim Adeyemi 89-cu dəqiqədə yenidən "Borussiya"nı irəl çıxarıb, lakin Undav 90+1-ci dəqiqədə het-trik edib – 3:3.
Bu oyundan sonra "Borussiya Dortmund" Almaniyanın yüksək liqasında 22 xalla üçüncü, "Ştutqart" isə 22 xalla beşinci yerdədir.