top
U-21 Azərbaycan Bolqarıstanla səfərdə heç-heçə etdi Idman.biz
31 mart 2026, 22:02
- +

U-21 Azərbaycan Bolqarıstanla səfərdə heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

B qrupunda yer alan millimiz səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Plovdiv şəhərində yerləşən "Xristo Botev" stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran millimiz 5-ci pillədə qərarlaşır.

Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

20:52

Azərbaycanın U-21 millisi Avro-2027-nin seçmə mərhələsinin 7-ci turu çərçivəsində səfərdə Bolqarıstanla qarşılaşır.

İdman.Biz bildirir ki, ilk hissədən sonra hesab açılmayıb.

19:05

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2027-nin seçmə mərhələsinin 7-ci turu çərçivəsində səfərdə Bolqarıstanın qonağıdır.

İdman.Biz xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi yığmamız saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlə çıxacaq:

Azərbaycan: 12. Sadiq Məmmədzadə, 4. Elgün Dünyamalıyev, 5. Emin Rüstəmov (k), 3. Rüfət Abbasov, 2. Eşqin Əhmədov, 15. Raul Məmmədov, 18. Oruc Məmmədov, 17. Hikmət Cəbrayılzadə, 23. Nihad Əhmədzadə, 20. Şahin Şahniyarov, 11. Nahid Əliyev

Baş məşqçi: Rəşad Eyyubov.

09:20

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Bolqarıstan komandası ilə qarşılaşacaq.

Görüş Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, U-21 altı komandanın yer aldığı B qrupunda beş xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 10 xalla dördüncüdür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:11

Ferran Torres “Barselona”dan PSJ-yə keçir

Futbol
Bu gün, 01:55

Kriştianu Ronaldu evləndikdən sonra saçına rəng qoyub

Boks
Bu gün, 01:37

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Futbol
Bu gün, 01:20

Çelsi Martin Subimendini transfer etməyə maraqlanır

Futbol
Bu gün, 00:46

Ərəb ölkələrinin futbol federasiyaları İnfantinoya dəstək veriblər

Futbol
Bu gün, 00:27

Beşiktaş UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Bu gün, 00:14

Elvin Cəfərquliyev: “3-4 ay asfaltda məşq etmişəm”

Futbol
Dünən, 23:55

"Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub

Futbol
Dünən, 23:40

Mahir Emrelinin klubu Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Dünən, 22:56

Qarabağ Konfrans Liqasında „Tvente“ ilə qarşılaşır

Qarabağ FK
Dünən, 22:49

Qurban Qurbanov: „Bakıda "Dinamo Kiyev"ə azarkeşlik edənlər çoxdur"

Qarabağ FK
Dünən, 22:34

İqor Kostyuk: „Bəxtimiz gətirmədi, fürsətlərdən istifadə edə bilmədik”

Futbol
Dünən, 22:19

Zion Suzukinin “Yuventus”a transferi

Futbol
Dünən, 21:40

Tomas Zanetti “İnter” ilə peşəkar müqavilə imzalayıb

Futbol
Dünən, 21:26

Abdul Uattara “İpsviç”ə keçəcək

Futbol
Dünən, 21:25

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:23

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:07

„Sumqayıt“ futbolcusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb

Futbol
Dünən, 20:49

İrlandiya Futbol Assosiasiyası İnfantinonun namizədliyini dəstəkləməkdən imtina edib

Basketbol
Dünən, 20:32

Tahir Baxşıyev NTD ilə müqaviləsini uzadıb

Boks
Dünən, 20:15

İslam Mahaçev Konor Makqreqorla boks döyüşünə hazırdır

Formula 1
Dünən, 19:57

Maks Ferstappenə “Red Bull” tərəfindən 5 illik müqavilə təklifi

Futbol
Dünən, 19:24

Barselona Alvaresə alternativ olaraq Tresoldini nəzərdən keçirir

Futbol
Dünən, 19:07

La Liqanın 1-ci turunda “Selta” ilə “Osasuna”nın oyunu təxirə salınıb

Oxşar xəbərlər