17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu bu gün keçirəcək. Sport24.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda Maltadan olan həmyaşıdları ilə qarşılaşacaq.
Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Yığma daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.