"Arsenal" Viktor Osimhenin transferi ilə bağlı "Qalatasaray"la danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Tərəflər arasında aparılan danışıqlarda Osimhenin mümkün transferi də müzakirə olunub. Lakin nigeriyalı hücumçunun "Arsenal"ın əsas transfer hədəfi olub-olmadığı hələlik dəqiq deyil. London klubu uzun müddətdir 27 yaşlı forvarda maraqlıdır.
Qeyd edək ki, Osimhenlə "Arsenal"ın Şimali London derbisindəki rəqibi "Tottenhem" də maraqlanır.