"Qarabağ" futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə keçirəcəyi ilk oyunun başlama saatı müəyyənləşib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 20 avqustda Niderlandın Enschede şəhərindəki "De Qrolş Veste" stadionunda keçiriləcək.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Tərəflər arasındakı cavab matçı 27 avqustda Bakıda baş tutacaq. UEFA-nın təqviminə əsasən, pley-off mərhələsinin qalibləri Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanacaqlar.