Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti"nin yeni baş məşqçisinin adı açıqlanıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "pələnglər"i qarşıdakı 3 ildə Tim Valter çalışdıracaq.
48 yaşlı mütəxəssis bu postda istefaya göndərilən Liam Rosenyoru əvəzləyib.