top
Turan Tovuzun kapitanı Hacıyev: Kuboku qazanmaq üçün hər kəsi udmalıyıq Idman.biz
13 aprel 2026, 10:15
- ↺ +

"Turan Tovuz"un kapitanı Hacıyev: Kuboku qazanmaq üçün hər kəsi udmalıyıq

"Komanda çempionatı hətta üçüncü pillədə başa vursa da, kuboku qazanmaq istəyirik. Sırf Avropaya getmək üçün oynamırıq".

Bu sözləri "Turan Tovuz"un kapitanı Faiq Hacıyev deyib.

27 yaşlı müdafiəçi Misli Premyer Liqasının 27-ci turunda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb. O, həmçinin komandada 100-cü matçına çıxması ilə bağlı hisslərini də bölüşüb.

"100-cü oyuna çıxacağımı bilirdim, amma bunun anons ediləcəyini gözləmirdim. Mənim üçün xoş oldu. Ümid edirəm, daha çox oyun keçirmək qismət olar. Belə bir gündə vacib qələbə qazanmaq sevindiricidir", - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

Hacıyev Azərbaycan Kubokunun yarımfinalında "Zirə" ilə keçiriləcək cavab görüşünə də toxunub:

"Qarşıda "Araz-Naxçıvan"la matç var, sonra "Zirə" ilə kubok oyununa hazırlaşacağıq. Futbolda hər şey mümkündür. Məqsədimiz mərhələni keçməkdir. Heç kimdən çəkinmirik, özümüzə inanırıq. Sona qədər mübarizə aparacağıq. Şansımız varsa, niyə də kuboku qazanmayaq? İlk oyunu hələ tam təhlil etməmişik. Cavab görüşündə məşqçinin tapşırıqlarını yerinə yetirib daha yaxşı çıxış etməyə çalışacağıq. Rəqiblərə qarşı başabaş mübarizə aparmaq niyyətindəyik. Aşağı pillədə olan komandaların da bizə çatmaq imkanı var, buna görə diqqətli olmalıyıq".

Hacıyev tez-tez rast gəldikləri yanlış hakim qərarlarına da münasibət bildirib:

"Hakimlərə fikir vermirik. Öz oyunumuza baxmaq daha vacibdir. Uğur qazanmaq istəyiriksə, hər kəsi udmalıyıq. Səhvlər ola bilər, amma biz oyundan qopmamalı və fürsətləri dəyərləndirməliyik. Hakim səhv edəcək, biz ikinci dəfə epizod yaradıb qol vurmalıyıq. Əliyar Ağayevin ilk matçda səhvləri oldu. Amma yenidən oyunumuza təyinat alsa, bunun bizə psixoloji təsir edəcəyini düşünmürəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:40

"Qarabağ"da ŞOK! Bölgə klubu sponsorsuz qalır? - VİDEO

Digər
Bu gün, 11:35

İdmançılarda intiharın səbəbləri: Beyin zədələnmələri, karyera adaptasiyası böhranı və azarkeşlərə təsiri

Futbol
Bu gün, 11:34

«Arsenal» qış transferində sağ müdafiə, sol vinger və mərkəz hücumçu cəlb etməyi planlaşdırır

Şahmat
Bu gün, 11:33

Mahirin qolu xal qazanmaq üçün kifayət etmədi

Şahmat
Bu gün, 11:28

Nicat Abasov şahmat çempionatında qızıl medalın sirrini açıqladı

Futbol
Bu gün, 11:18

"Şəfa"nın futbolçusu Musa Quel: "Neftçi" ilə oyuna özümüzə inanaraq çıxacağıq

Qarabağ FK
Bu gün, 11:17

""Zirə"nin qapıçısı Maykon Kleyton: Uyğunlaşmada yeganə çətinlik Braziliya ilə Azərbaycan arasındakı saat fərqidir"

Güləş
Bu gün, 11:13

Bakıda Qrapplinq, Pankration və MMA Dünya Çempionatının Açılışı Gerçekləşdi

Futbol
Bu gün, 11:10

Kantona peşman deyil: "Ona başqa yerindən zərbə vurmadığıma təəssüflənirəm"

Futbol
Bu gün, 11:07

"Liverpool və Real Madrid 60 milyon funtluq qapıçı üçün mübarizə aparır"

Qarabağ FK
Bu gün, 11:00

Nəriman Axundzadə qışda "Turan Tovuz"a icarəyə keçməyə yaxındır

Futbol
Bu gün, 11:00

"Neftçi"nin yarımmüdafiəçisi Viçko Şevel "Zirə" üzərindəki qələbə və qış çempionluğu haqqında danışdı

Qarabağ FK
Bu gün, 11:00

"Kəpəz"-"Qarabağ": 15500 tamaşaçılı 0:0 hesablı qarşılaşma və Azər Məmmədovun açıqlaması

Futbol
Bu gün, 10:52

UEFA Elxan Məmmədovun Niderland FF-yə İnfantino üçün təzyiq göstərməsi ilə bağlı müstəqil araşdırma tələb edib

Şahmat
Bu gün, 10:50

Xaqan Əhməd U20 şahmat dünya çempionatında gümüş medal qazandı

Futbol
Bu gün, 10:45

"Verfer" - "Borussiya" matçında 6 qol

Şahmat
Bu gün, 10:40

«Azərbaycan şahmatçısı Xaqan Əhməd Karakasdakı 20 yaşadək gənclər dünya çempionatında gümüş medal qazanıb;»

Futbol
Bu gün, 10:39

"Kəpəz" AB-rə Konstantin Abramenkonu anıb

Futbol
Bu gün, 10:34

Lyubomir Tupta: "Azarkeşlərimizin dəstəyi danılmazdır, oyun zamanı bizi əlavə gücləndirirdi"

Voleybol
Bu gün, 10:29

«Xilasedici» klubunun baş məşqçisi Cəlil Cəlilov: Çempionlar Liqası bizim üçün ilk təcrübə oldu

Futbol
Bu gün, 10:22

Etan Mbappe ilə müqavilə 2029-cu ilə qədər uzadıldı

Qarabağ FK
Bu gün, 10:21

"Sumqayıt" – "Qarabağ" oyununun biletləri satışa çıxıb

Futbol
Bu gün, 10:20

18 ay ərzində Haland "Real"ın futbolçusu olacaq

Digər
Bu gün, 10:08

Azərbaycan Alpinizm Federasiyası ExpoSport sərgisində stendi ilə fərqlənir

Oxşar xəbərlər