"Sabah"a qarşı yaxşı müvarizə apardıq. Çoxsaylı qol imkanları yaratsaq da, fürsətləri boşa verdik. Belə olduqda "vurmayana vurarlar" prinsipi işə düşdü və rəqib 2 dəfə qapımıza yol tapdı. Fasilədən sonra meydanda dominant tərəf biz idik. Fərqlənmək üçün imkanlarımız olsa da, yalnız birində son nöqtəni qoya bildik. "Sabah" sıx müdafiə olunmaqla ən azı heç-heçə etməyimizə imkan vermədi". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in oyunçusu Tural Rzayev deyib.
"Sarı-göylər"in futbolçusu növbəti turda komandasını "Qəbələ" ilə "ölüm-dirim" mübarizəsi gözlədiyini də qeyd edib: "Növbəti turda bizi çətin "Qəbələ" sınağı gözləyir. Mövsümdəki ən vacib oyunumuza çıxacağıq. "Qırmızı-qaralar"la qarşılaşmadan qalib ayrılsaq və ya 1 xal götürsək, qarşımıza qoyulan əsas məqsədə çatacağıq".
Gəncə təmsilçisinin "10 nömrə"si komandasının hər oyuna yüksək motivasiya ilə çıxdığını da vurğulayıb: "Qəbələ səfərində uğur qazansaq belə, arxayınlaşmayacağıq. Çünki qarşıda hələ 3 tur olacaq. Hər oyunun öz hekayəsi var. Bundan başqa mövsümü daha üst pillədə başa vurmaq istəyirik. Bu səbəbdən hər qarşılaşmaya yüksək motivasiya çıxırıq".
ABDULLA İSMAYILOĞLU