Məhəmməd Salahı heyətinə qatan "Trabzonspor" klubu, hücum xəttıni daha bir dünya ulduzu əlavə etmək üçün hərəkətə keçib.
İdman.Biz bildirir ki, klub "Əl Hilal"da çıxış edən Darvin Nunyesi icarəyə götürmək üçün yetkililərini Səudiyyə Ərəbistanına göndərəcək.
"Trabzonspor" vitse-prezidenti İbrahim Şahinkaya, Darvin Nunyes transferindəki son detalları müzakirə etmək məqsədilə Səudiyyə Ərəbistanına gedəcək.
"Trabzonspor" rəhbərliyi "Əl Hilal"da çıxış edən 27 yaşlıi uruqvaylı mərkəz hücumçusu üçün bir neçə həftədir danışıqlar aparır. Müzakirələrdə icarə mövzusu ətrafında söhbət aparılır. Tərəflər illik 8 milyon avro ətraflında müzakirələr aparırlar.
Darvin Nunyes, ötən mövsüm "Əl Hilal"da 24 rəsmi qarşılaşmaya çıxıb. Uruqvaylı oyunçu bu matçlarda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.