İngiltərənin "Tottenhem" və İspaniyanın "Xetafe" klubları arasında yoxlama oyunu başa çatıb.
İdman.Biz bildirir ki, matç Londondakı "Hotspur Vey" stadionunda keçirilib.
Oyun qarşılıqlı razılaşma əsasında 70 dəqiqə davam edib və 1:1 hesabı ilə qurtarıb.
Hesabı 65-ci dəqiqədə "Xetafe"li Alberto Risko açıb. 70-ci dəqiqədə "Tottenhem"dən Konor Qallaher cavab qolunu vurub.