top
Torsten Frinqs: Avrokubokdakı uğurlar Qarabağın yaxşı formalaşmış komanda olduğunu göstərir Idman.biz
05 fevral 2026, 16:08
- ↺ +

Torsten Frinqs: "Avrokubokdakı uğurlar "Qarabağ"ın yaxşı formalaşmış komanda olduğunu göstərir"

"Avrokuboklarda əldə olunan nəticələr "Qarabağ"ın formalaşmış və oturuşmuş kollektiv olduğunu təsdiqləyir".

Bu sözləri Almaniya millisinin sabiq futbolçusu, 2002-ci ildə yığmanın heyətində dünya çempionatının gümüş medalını qazanan Torsten Frinqs deyib.

Ölkəsində "Bavariya" və "Borussiya Dortmund" komandalarının formasını geyinmiş keçmiş yarımmüdafiəçi Azərbaycan çempionunun bu mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt"ı məğlub etməsini diqqətəlayiq nəticə kimi qiymətləndirib: "Komanda barədə ətraflı məlumatım olmasa da, avrokuboklarda əldə etdikləri uğurlar onların yaxşı formalaşmış kollektiv olduğunu göstərir. Görünür, orada düzgün iş aparılır. Futbolda nəticəni çox vaxt xırda detallar müəyyənləşdirir. Düzgün yanaşma ilə hər bir komanda sürpriz edə bilər", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

"Qarabağ"ın pley-offda İngiltərənin "Nyukasl" klubu ilə keçirəcəyi oyunlara da toxunan T.Frinqs Ağdam təmsilçisinin növbəti mərhələyə yüksəlməsinin çətin olacağını qeyd edib: "Düşünürəm ki, "Nyukasl"ı məğlub etmək "Qarabağ" üçün asan olmayacaq. Mövcud şərtləri nəzərə alsaq, 1/8 finala İngiltərə təmsilçisinin vəsiqə qazanması daha real görünür. Mənim proqnozum və gözləntim belədir. Bundan əlavə, uzaq məsafəli səfərlər qonaq komandalar üçün həmişə çətin olur. Qarşıdakı oyunlar hər şeyi göstərəcək".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. "Qarabağ" "Nyukasl"la ilk görüşü Bakıda keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər