top
Toral Bayramov Qəbələ ilə oyundan sonra: Qələbə qazana bilmədik, önümüzə baxacağıq Idman.biz
10 may 2026, 15:02
- ↺ +

Toral Bayramov "Qəbələ" ilə oyundan sonra: Qələbə qazana bilmədik, önümüzə baxacağıq

"Çalışdığım qədər, bacardığım qədər əlimdən gələni edirəm ki, komandaya xeyrim olsun".

Bunu "Qarabağ"ın müdafiəçisi Toral Bayramov Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Oyunla bağlı fikirlərinizi bölüşərdiniz…

– Bizim üçün ağır səfər oldu. Əslində oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin nə edəcəyini bilirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Önümüzə baxacağıq. Növbəti oyunlara hazırlaşacağıq.

– Baş məşqçi Qurban Qurbanov hava şəraitinin futbolçulara mənfi təsir etdiyini dedi. Həmçinin, "Qəbələ"nin də qələbəyə ehtiyacı var idi. Bəs sizcə, qələbənizə nə mane oldu?

– Hava amilinin mane olduğunu düşünmürəm. Əlbəttə, ağır havadır. Qəbələdə oynamaq həmişə çətin olub. Amma hər iki komanda üçün hava eyni idi, bütün şəraitlər eyni idi. Sadəcə qismət belə imiş.

– Azərbaycan Kubokunun finalı yaxınlaşır. "Sabah" çempion olacağı halda, siz Avropa Liqasında çıxış edəcəksiniz. Finalda hansı komandaya azarkeşlik edəcəksiniz?

– Belə deyək, bu qismətdir, güclü olan qazansın. Hər bir halda, istər Avropa Liqası, istər Konfrans Liqası olsun, hansı turnirdə oynayacağıqsa, çalışacağıq ki, xalqımızı, dövlətimizi və azarkeşlərimizi layiqincə təmsil edək. Qələbələr qazanaq, yeni nailiyyətlər əldə edək. Tərəfsizəm.

– Elvin Cəfərquliyevin gedişindən sonra artıq heyətdə özünüzü daha çox göstərirsiniz. Performansınızı necə dəyərləndirirsiniz?

– Mənim öz performansımı özümün dəyərləndirməyim nə dərəcədə doğru olar, bilmirəm.

– Meydanda istədiklərinizi edə bilirsiniz?

– Çalışdığım qədər, bacardığım qədər əlimdən gələni edirəm ki, komandaya xeyrim olsun. Bundan sonra da belə davam edəcəyəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:21

Karim Adeyemi: "Sabah" əla oyun nümayiş etdirdi və mübarizəyə köklənmişdi

Futbol
Bu gün, 01:56

Qabriel Jezus: Qələbə ilə üç xal qazandıq

Futbol
Bu gün, 01:56

Fənərbaxça Londonda “Şaxtyor”u məğlub etdi

Futbol
Bu gün, 01:40

Lorenso Mezzotero Sampdoriya üçün Padovaya qarşı 2 qol vurub

Futbol
Bu gün, 01:40

Qavi Bakıda 'Barselona' azarkeşlərini görəndə sevindi

Futbol
Bu gün, 01:40

Dieqo Simeone qış transferində 2‑3 yeni futbolçu istəyir

Futbol
Bu gün, 01:34

Arşavin və Qleb “Sabah”ın “Barselona”ya qolu əsnasında emosional reaksiya verdilər

Futbol
Bu gün, 01:31

Qabriel Jezus: 'Sabah'la oyunda vacib üç xal qazandıq, qol vurduğum üçün xoşbəxtəm"

Futbol
Bu gün, 01:30

Nikolas Pas İngiltərə Premyer Liqasının bir neçə klubu tərəfindən maraqla izlənilir

Futbol
Bu gün, 01:24

Xəyal Əliyev ağır zədədən sonra ilk oyununda fantastik performans göstərdi;

Futbol
Bu gün, 01:20

Dambrauskas: Sabah 1:4 Barselona - Azarkeşlərin əksəriyyəti 'Barselona' üçün gəlmişdi

Futbol
Bu gün, 01:20

Entoni Qordon 'Sabah'a qarşı iki qol vurdu: Azərbaycan gözəl ölkədir, burada olduğum üçün xoşbəxtəm

Futbol
Bu gün, 01:20

Bayern 23 yaşlı Yunus Ebnutalibin transferini nəzərdən keçirir

Futbol
Bu gün, 01:10

Raxmonaliyev Çempionlar Liqasında ən yaddaqalan oyununun "Slaviya Praqa" qarşısında qələbə olaraq bildirdi

Futbol
Bu gün, 01:10

Sabahın "Barselona"ya 1:4 hesabına məğlubiyyət aldığı Çempionlar Liqası matcına Barcelona azarkeşləri axın edib

Futbol
Bu gün, 01:08

Coy-Lens Mikels: 'Çempionlar Liqasında "Barselona"ya ikinci qolumu da vura bilərdim'

Futbol
Bu gün, 01:04

Qabriel Jezus Bakıda ot örtüyü və oyunundan narazı qalıb

Futbol
Bu gün, 00:54

İvan Lepinitsa: "Barselona hazırda dünyanın ən yaxşı üç komandasından biridir, onlara qarşı oynamaq olduqca çətindir"

Futbol
Bu gün, 00:50

Yuventus

Futbol
Bu gün, 00:48

Sabahın Barselona matçından dərslər: Valdas Dambrauskasın gözlər və boyun ağrısı

Futbol
Bu gün, 00:40

Aleksey İsayev: 'Barselona ilə oyunda maksimum səviyyədə oynadıq, 'Vilyarreal'la da öz futbolumuzu oynayacağıq'

Futbol
Bu gün, 00:35

Flik: "Sabah" Çempionlar Liqasında qəhrəmanca mübarizə apardı, bizim üçün vacib xal qazandırıblar

Futbol
Bu gün, 00:32

Valdas Dambrauskas: "Barselona" o qədər gözəl paslaşırdı ki, sağa-sola baxmaqdan boynum ağrıyırdı;

Futbol
Bu gün, 00:29

Dambrauskas: Barcelona qarşısında oyunçuların çətinliklərini hiss etdim

Oxşar xəbərlər