İspaniyanın "Real Madrid" futbol komandasının qapıçısı Tibo Kurtua klubla müqaviləsini uzatmaq barədə razılığa gəlib.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, 34 yaşlı qapıçının 2026/27 mövsümünün sonunda başa çatacaq müqaviləsi ən azı daha bir il uzadılacaq. Beləliklə, Kurtua "Real Madrid"də minimum 2028-ci ilin yayına qədər qalacaq.
Belçikalı qapıçı 2018-ci ilin yayından Madrid klubunda çıxış edir. O, bu müddətdə bütün turnirlərdə 338 oyun keçirib və komanda ilə çoxsaylı titullar qazanıb.
Kurtua daha əvvəl karyerasını məhz "Real Madrid"də başa vurmaq istədiyini açıqlayıb.