top
Tiaqo Silva: Qələbə, Avrokuboklar və Hədəflər haqqında Idman.biz
09 fevral 2026, 14:50
- ↺ +

Tiaqo Silva: Qələbə, Avrokuboklar və Hədəflər haqqında

"Yaxşı oyun alındı. Hər iki komanda avrokuboklar uğrunda mübarizə aparır".

Bunu "Zirə"nin qapıçısı Tiaqo Silva futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Sumqayıt"ı məğlub etdiniz. 3:2 hesablı qələbəni necə şərh edərdiniz?

- Yaxşı oyun alındı. Hər iki komanda avrokuboklar uğrunda mübarizə aparır. "Sumqayıt"ın da hədəfi ön pillələrdə qərarlaşmaqdır. Ona görə bilirdik ki, çətin oyun olacaq. Üstəlik, bu komanda ilə 3 gün əvvəl kubok matçında da üz-üzə gəlmişdik. Eyni rəqiblə 4-5 gün ərzində ardıcıl iki oyun keçirmək çətin olur. Bununla belə, layiqli qələbə qazandığımızı düşünürəm.

- Bu qarşılaşma kubok matçında çox fərqləndi...

- Məncə də, budəfəki qarşılaşma daha maraqlı oldu. Hər iki komanda daha məhsuldar çıxış etdi. Bu da azarkeşlərin zövqünü oxşadı. Biz də, "Sumqayıt" da daha yaxşı mübarizə apardıq. Bu cür oyunlar azarkeşlərin də ürəyincədir.

- İki matçlıq fasilədən sonra yenidən start heyətində yer aldınız. Qapınızda iki qol gördüyünüzü nəzərə alsaq, qayıdışınızı nə dərəcədə uğurlu hesab edirsiniz?

- Təbii ki, iki qol buraxmaq istəməzdim. Amma bu da futbolun bir hissəsidir. Komanda yoldaşlarım bu gün çox yaxşı oynadılar. Qapımızda iki qol görsək də, rəqibdən daha çox fərqləndik. "Sumqayıt"ın da gücünü nəzərə almaq lazımdır. Rəqibin heytində çox təhlükəli futbolçular var.

- Nəhayət, beş turluq fasilədən sonra "Zirə" 3 xal qazandı. Qələbə seriyasını davam etdirmək mümkün olacaq?

- Biz bütün oyunlara qələbə üçün çıxışırıq, rəqibin fərqi yoxdur. İstər "Qarabağ" olsun, istər "Sabah", istərsə də "Sumqayıt". Məqsədimiz hər matçda qələbə qazanmaqdır.

- Mövsümün sonu ilə bağlı hədəf nədir?

- Hazırda çox irəli baxmırıq. Yalnız hər növbəti matçı düşünürük. Ümumi götürdükdə hədəfimiz yenə də ikinci olmaqdır.

- Bu qələbə sayəsində "Zirə"nin kubokda cavab matçı öncəsi favoritə çevrildiyini söyləmək olar?

- Məncə, kubokda şanslar bərabərdir. Düzdür, biz öz meydanımızda oynayacağıq. Lakin "Sumqayıt" da mərhələ adlamaq üçün əlindən gələni edəcək. Bu dəfə etdiklərimizi cavab matçında da təkrarlamalıyıq. Məqsədimiz həm də kuboku qazanmaqdır.

- Növbəti turda "Karvan-Yevlax"la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Meydana qələbə üçün çıxacağıq. "Karvan-Yevlax" aşağı pillədə osla da, heç cür arxayınlaşmaq olmaz. Qarşıdakı matçda xal itirə bilmərik. Bacardığımızın ən yaxşısını etməli və qələbə qazanmalıyıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Səbail klubu SOCAR vəzifəli şəxsin maliyyə məhdudiyyətləri və prezidentin şübhəli davranışı

Futbol
Bu gün, 16:55

"Polşada Emrelinin performansı yüksək qiymətləndirildi – ikincisi ən yaxşı oldu"

Futbol
Bu gün, 16:50

BATE 2026-cı mövsümdə yüksək liqadan düşdü

Futbol
Bu gün, 16:49

BATE tarixində ilk dəfə Belarusun yüksək liqasından düşmə təhlükəsi

Futbol
Bu gün, 16:20

"Turan" Tovuz "Şamaxı"-ı məğlub etdi, "Sabah" isə "Sumqayıt"ı 5:1 hesabı ilə yararaq çempionluq iddiasını bir daha təsdiqlədi

Futbol
Bu gün, 16:10

SSRİ millisinin sabiq müdafiəçisi Vasili Danilov 86 yaşında vəfat edib

Qarabağ FK
Bu gün, 16:10

Elvin Cəfərquliyev "Sumqayıt"la matçı buraxacaq

Futbol
Bu gün, 16:00

Kəpəzin Tovuzda gəlişi qarşılaşma təhlükəsizliyini artırdı

Futbol
Bu gün, 15:52

Fənərbaxçanın 22 yaşlı müdafiəçisi ilə Arsenal arasında danışıqlar başladı

Futbol
Bu gün, 15:51

PSJ rəhbərliyi Ferran Torresin son həftələrdəki performansından narazıdır

Futbol
Bu gün, 15:50

AMEA Prezidenti: Dövlət Qurumları Arasında Minifutbol Yarışı Gəncliyin İdman Bayramı Kimidir

Futbol
Bu gün, 15:40

Hakim qərarları rüsvayçılıq kimi qiymətləndirildi

Futbol
Bu gün, 15:30

"Willem II" Niderland çempionatında antirekorda imza atdı

Basketbol
Bu gün, 15:29

"Hassani Qravett "Sabah" klubunda müqaviləsini 2026/27 mövsümünə qədər uzatdı"

Futbol
Bu gün, 15:21

«Turan Tovuz» - «Kəpəz»: Premyer Liqanın 13‑cü turundakı matçın heyətləri açıqlanıb

Futbol
Bu gün, 15:13

Dövlət qurumları arasında V minifutbol turniri açıldı

Futbol
Bu gün, 15:03

La Liqa 14-cü tur: "Barselona" Bakıdan La-Korunyaya səfərə çıxır, "Real Madrid" liderə təzyiq göstərir

Digər
Bu gün, 15:01

«Fərid Qayıbov Misir nümayəndə heyəti ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib»

Futbol
Bu gün, 15:00

Qərb derbisində "Turan Tovuz" evdə "Kəpəz"ə heç dəfə məğlub olmub

Futbol
Bu gün, 14:42

Messi iştirak edəcək, Ronaldo hələ qərar verməyib

Futbol
Bu gün, 14:40

PSJ müdafiəçisi Nunu Mendeş sol bud yaralanması ilə xəyanət

Futbol
Bu gün, 14:39

İngiltərə Premyer Liqası klubları «Mançester Siti»nin sahibələrini klubu satmağa məcbur etməyi tələb edir

Futbol
Bu gün, 14:30

Borussia 19 yaşlı müdafiəçiyə 80 milyon avro qiymət qoydu

Digər
Bu gün, 14:24

Azərbaycan və Beynəlxalq Xizək və Snobord Federasiyası qış turizminin inkişafını müzakirə edib

Oxşar xəbərlər