top
Tiaqo Silva: “Qarabağ”a qalib gəlmişik, yenidən bunu bacarmaq mümkünsüz deyil” İdman.biz
01 iyun 2024, 10:09
- ↺ +

Tiaqo Silva: “Qarabağ”a qalib gəlmişik, yenidən bunu bacarmaq mümkünsüz deyil”

"Düşünürəm ki, gözəl futbol tamaşası olacaq".

Bunu İdman.bizə "Zirə"nin futbolçusu Tiaqo Silva deyib.

24 yaşlı portuqaliyalı qapıçı Azərbaycan kubokunun iyunun 2-də "Qarabağ" keçirəcəkləri final öncəsi fikirlərini açıqlayıb. O, bilet alıb stadiona gələcək azarkeşlərin peşman olmayacaqlarını bildirib: "Oyundan həzz alacaqlar. Ümid edirəm ki, stadion dolacaq. Final buna layiqdir. Çempionat və kubok tamamilə fərqli yarışlardır. "Qarabağ"ın gücü, oyunçularının keyfiyyəti haqqında bilirik, amma bu il onlara bir dəfə qalib gəlmişik, ona görə də yenidən bunu bacarmaq mümkünsüz deyil. Çətin və çox rəqabətli qarşılaşma olacaq".

Silvanın sözlərinə görə, yoxlama oyunlarını da nəzərə alsa, final "Qarabağ"la bu mövsüm 6-cı duel olacaq: "Ona görə də onların komandası, taktikası, oyunçularının xüsusiyyətləri, hər şey haqda məlumatlıyıq. Bəli, onlar da bizi yaxşı tanıyırlar. Görək onlar bu dəfə hansı sürprizlə meydana çıxacaqlar. Kuboku qazanmaq şansımız 50 faizdir. Finalda favorit yoxdur, bu, hər şeyin baş verə biləcəyi bir oyundur və biz oyunu 90 dəqiqə, əlavə vaxt və ya penaltilərlə qalib gəlmək üçün ən yaxşı şəkildə hazırlaşırıq. Finala da tam köklənmişik".

O, qarşıdakı planlarını da açıqlayıb: "Karyeramla bağlı yalnız finaldan sonra daha çox danışacağam. Amma açıq-aydın daha çoxunu və daha yaxşısını hədəfləyirəm. Durğunluq istəmirəm, yüksəlişə davam etmək istəyirəm, çünki hələ də Avropanın ən yaxşı 5 liqasında oynamaq hədəfim var".

Silvanın sözlərinə görə, gümüş medalla bitirdikləri Premyer Liqada da əla mövsüm keçiriblər: "Avropa Liqasına vəsiqə qazandıq. Çox xoşbəxdik və buna layiq olduğumuzu bilirdik. İndi finalda qalib gəlmək, dincəlmək və geri qayıdanda rəqibləri düşünmək, analiz etmək vaxtıdır. Çünki avrokuboklarda qrupa düşmək istəyirik".

Qeyd edək ki, Azərbaycan kubokun final görüşü iyunun 2-də Liv Bona Dea Arenada baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Oxşar xəbərlər