top
Tərlan Əhmədli: Dördüncü pillə ilə xal fərqi elə də böyük deyil, hər şey öz əlimizdədir Idman.biz
15 aprel 2026, 11:12
- ↺ +

Tərlan Əhmədli: "Dördüncü pillə ilə xal fərqi elə də böyük deyil, hər şey öz əlimizdədir"

"Mövsümün sonuna az qalsa da, dördüncü pillə ilə aradakı xal fərqi elə də böyük deyil".

Bunu "Araz-Naxçıvan"ın qapıçısı Tərlan Əhmədli futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Növbəti turda üçüncü pillədə qərarlaşan "Turan Tovuz"u qəbul edəcəksiniz. Matçdan gözləntiniz nədir?

– "Turan Tovuz"a qarşı oyun çətin keçəcək. Rəqib turnir cədvəlində yuxarı pillələrdədir və hazırda yaxşı formadadır. Ancaq biz evdə oynayacağıq. Düzgün hazırlaşsaq, qələbə qazanmaq şansımız kifayət qədər yüksəkdir.

– "Araz-Naxçıvan" mövsümün sonuna altı tur qalmış 39 xalla altıncı pillədə qərarlaşıb və dördüncü pillədən beş xal geridədir. Avrokuboklara vəsiqə qazanmaq missiyasının öhdəsindən gəlmək çətin görünmür?

– Mövsümün sonuna az qalsa da, dördüncü pillə ilə aradakı xal fərqi elə də böyük deyil. Hər şey öz əlimizdədir. Qarşıdakı oyunlarda maksimum nəticə toplasaq, avrokuboklara vəsiqə qazanmaq real görünür. Əsas məsələ stabilliyi qorumaqdır.

– 23-cü turda "Qarabağ"a ağır məğlubiyyətdən (0:6) sonra ardıcıl dörd oyundur ki, baş məşqçi Andrey Demçenko qapıda sizə şans verir. Bu matçlarda bir neçə seyvlə yadda qalmısınız. Öz çıxışınızı necə dəyərləndirirsiniz?

– "Qarabağ"la oyundan sonra etimad göstərilməsi mənim üçün motivasiyadır. Son matçlarda komandaya kömək edə bildiyim üçün şadam. Amma hər zaman daha yaxşısını etməyə çalışıram. Üzərimdə işləyirəm və formamı daha da yüksəltmək istəyirəm.

– Millinin yayda təlim-məşq toplanışı olacaq. "Araz-Naxçıvan"ın əsas heyətindəki yerinizi qoruyacağınız təqdirdə Ayxan Abbasovun sizi yığmaya dəvət edəcəyinə inanırsınız?

– Millinin baş məşqçisinin diqqətini çəkmək üçün ilk növbədə klubda stabil və yaxşı çıxış etmək lazımdır. Əgər bu performansı davam etdirə bilsəm, yığmaya dəvət almaq şansımın yüksək olduğuna inanıram. Milliyə çağırılmaq hər futbolçu kimi, mənim də əsas hədəflərimdən biridir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Dünən, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Dünən, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Dünən, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Dünən, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Oxşar xəbərlər