İspaniyanın "Jirona" və İngiltərənin "Aston Villa" komandaları "Barselona"nın qapıçısı Mark-Andre ter Stegeni mövsümün sonuna qədər icarəyə götürməkdə maraqlıdırlar. Sport24.az xəbər verir ki, bu barədə "Marca"nın məlumat yayıb.
Mənbənin sözlərinə görə, almaniyalı qolkiper DÇ-2026-da Almaniya millisində yerini təmin etmək üçün icarəyə getməyə hazırdır. Bildirilir ki, Stegen "Barselona"da qalsa, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann onu yığmaya çağırmayacaq.
Qeyd edək ki, Ter Stegen bu mövsümün ilk hissəsində belindəki zədədən əziyyət çəkib. Sağaldıqdan sonra isə Kataloniya klubunun heyətində yalnız bir görüşdə iştirak edib.