top
Taleh Nəsibov: Avropa çempionatında titulumuzu qorumaq istəyirik - MÜSAHİBƏ İdman.biz
27 may 2024, 15:08
- +

Taleh Nəsibov: "Avropa çempionatında titulumuzu qorumaq istəyirik" - MÜSAHİBƏ

Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti millinin açıq məşqində jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, qurum rəsmisi yığmanın Avropa çempionatında hədəfini açıqlayıb, gələcək planlardan danışıb.

- Avropa çempionatına hazırlıqları necə dəyərləndirirsiz?

- Millimiz Monteneqroda yaxşı təlim-məşq toplanışı keçdi və mini turnirdə iştirak edərək qalibi oldu. İstəyirik ki, 2022-ci ildə qazandığımız titulu qoruyaq. Bu çətin olacaq, amma əlimizdən gələni edəcəyik. Milli komandanı hər şeylə təmin etmişik. Sarayevoda keçiriləcək Avropa çempionatına lider kimi yollanırıq. Digər komandalar Azərbaycana başqa gözlə baxırlar. Bizi daha yaxşı analiz ediblər. Bütün futbolçular AML-da çıxış ediblər. Liqanın oyunları da yutub kanalımızda canlı yayımlanıb. Bu o deməkdir ki, digər iştirakçıların bizi yaxşı analiz etməyə fürsətləri var. Belçika, Fransa və İtaliya ilə eyni qrupdayıq. Ümid edirik ki, qrupda birinci olacağıq və kubokla qayıdacağıq.

- Millinin təlim-məşq bazasının və stadionunun tikilməsi nə vaxta nəzərdə tutulub?

- Bunun hamısı vəsait tələb edir. Plan var, layihə üzərində işlənilir. Yaxın günlərdə bu barədə məlumat veriləcək.

- Avropa çempionu olsaz, bu iş sürətlənə bilər?

- Çempionluğun bunun üçün böyük təsiri olacaq.

- Bəs yarışda gümüş və ya bürünc medal qazansaz, bu uğur sayılacaq, yoxsa?

- Hər bir idmançı beynəlxalq yarışa yollanarkən qızıl medalı fikirləşməlidir. Elə idman növü var ki, orda hər 3 yer uğurdur. Düşüncəm odur ki, çempionluq böyük uğurdur. Digər yerlər isə ürəkaçan deyil. Biz daha yaxşısına layiqik. Bütün oyunçular məsuliyyəti dərk edir və yalnız 1-ci yer barədə fikirləşirlər. Ümid edirəm ki, bunu bacaracağıq.

- Regionlarda minifutbolun inkişafı üçün hansı işlər görməyi düşünürsüz?

- Federasiya prezidenti Orxan Məmmədovun də vurğuladığı kimi, regionlarda klubların artmasının üzərində çalışırıq. Yaş qrupları üzrə komandaları formalaşdırmaq istəyirik. Gələn ildən U-23 dünya və Avropa çempionatı keçiriləcək. Biz də ora komanda hazırlamağa start verəcəyik.

Emin Ağa
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:35

Bernardu Silva "Mançester Siti" ilə yollarını ayırır

Futbol
Bu gün, 09:20

Dançiulesku: Luçeskunun Türkiyəyə məğlubiyyəti vəziyyəti pisləşdirdi

Futbol
Bu gün, 09:20

Misli Premyer Liqası: Bu gün "Qarabağ" - "Karvan-Yevlax" oyunu

Futbol
Bu gün, 09:13

De Laurentis Kontenin İtaliya millisinə qayıtmasına yaşıl işıq yandırdı

Basketbol
Bu gün, 09:09

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları bu gün başlayır

Futbol
Bu gün, 09:00

Misli Premyer Liqası: XXVI turda "Turan Tovuz" - "İmişli", "Qarabağ" - "Karvan-Yevlax" matçları

Futbol
Bu gün, 09:00

"Qarabağ" - "Karvan-Yevlax" oyununun anonsu: Favorit Ağdam təmsilçisi

Futbol
Bu gün, 09:00

"İmişli" - "Turan Tovuz" oyunu: XXVI tur qarşılaşması

Futbol
Bu gün, 08:40

"Real" "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakrua ilə maraqlanır

Futbol
Bu gün, 08:25

PSV Niderland çempionu oldu

Futbol
Bu gün, 08:08

"Bavariya" Noyerin potensial əvəzedicisi kimi Verbruggeni nəzərdən keçirir

Futbol
Bu gün, 08:08

"Barselona"nın "Atletiko" ilə oyununda itkiləri: Arauxo və Bernalın zədələri açıqlandı

Formula 1
Bu gün, 07:15

Red Bull RB22: 2026-cı il mövsümündə çəki limiti problemi

Futbol
Bu gün, 06:13

"Bayern" - "Real" oyunu: Harri Keyn meydana çıxacaqmı?

Futbol
Bu gün, 05:48

Bernardo Silva "Mançester Siti"dən ayrılır

Futbol
Bu gün, 05:20

PSV Çempionluğu Bitməyə Beş Tur Qalmış Təmin Etdi

Futbol
Bu gün, 04:29

"Real" Rüdigerlə müqaviləni uzadır

Futbol
Bu gün, 03:31

Klinsmanndan İtaliya futboluna tənqid: Gənclərə etimadsızlıq və müdafiəyə meyilli taktika

Futbol
Bu gün, 02:20

Tyeri Anrinin karyerası bitməsinə baxmayaraq, gəlirləri bir çox ulduz futbolçunu geridə qoyur

Boks
Bu gün, 01:49

Dana Uayt UFC döyüşçülərinin müqavilə danışıqlarından uzaqlaşdığını açıqladı

Futbol
Bu gün, 01:32

La Liqa: "Alaves" son dəqiqə qolu ilə heç-heçəyə nail oldu, "Valensiya" məğlub oldu

Futbol
Bu gün, 01:19

Dani Olmo Səudiyyə Ərəbistanının milyonluq təklifini rədd edərək "Barselona"da qalıb

Futbol
Bu gün, 01:10

Liqa 1: "Monako" "Marsel" üzərində qələbə qazandı, digər oyunlarda heç-heçə qeydə alındı

Futbol
Bu gün, 00:58

"İnter" "Roma"nı darmadağın etdi: 5-2

Oxşar xəbərlər