top
Tahir Gözəl: “Komandamıza inamım sonsuzdur” İdman.biz
25 may 2024, 11:14
- ↺ +

Tahir Gözəl: “Komandamıza inamım sonsuzdur”

"Daha bir möhtəşəm mövsümə şahid olduq. Azərbaycan xalqı, bütün dünya Avropada mükəmməl bir "Qarabağ" izlədi".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

O, Ağdam klubunun mətbuat xidmətinə açıqlamasında komandanı ardıcıl 3-cü, ümumilikdə 11-ci çempionluq münasibətilə təbrik edib. Klub prezidenti çempionatın sabah keçiriləcək son matçı öncəsi bitməkdə olan mövsümü dəyərləndirib: "Ardıcıl 10-cu dəfə avrokubokların qrupunda mübarizə aparan komandamız pley-offda Portuqaliyanın tanınmış "Braqa" klubunu məğlub etdi, Avropada heç kimə uduzmayan "Bayer"in seriyasını qırmağa yaxın oldu. Almaniya təmsilçisinin baş məşqçisi və futbolçuları komandamızla qarşılaşmaların çox çətin keçdiyini dəfələrlə vurğuladılar. Bu uğurların ardınca "Qarabağ" Premyer Liqada ardıcıl 3-cü, tarixində 11-ci çempionluğunu qazandı. Sabah komandamıza növbəti qızıl medallar təqdim olunacaq. Vacib, təxirəsalınmaz işlərimlə bağlı komandamızın mükafatlandırma mərasimində iştirak edə bilməyəcəyəm. Amma ürəyim komandamızın yanında olacaq. Bu dəfə qızıl medalları sona 8 tur qalmış təmin etdik ki, bu da yeni rekord oldu. Hətta Avropada, dünyada belə erkən çempionluq tituluna yiyələnən komandalar çox az olub. Lakin buna baxmayaraq, uğur heç də asanlıqla əldə edilmədi. Hər komanda bizdən xal almağa çalışır, "Qarabağ" Avropada tarix yazdıqca Azərbaycan çempionatında hər komandanın bizə qarşı motivasiyası artır. Bu da bizi sevindirir. Yerli klubların bizə rəqabət yaratmağa çalışması "Qarabağ"ı Avropaya daha yaxşı hazırlayır və çempionatın səviyyəsinin qalxmasına təkan verir. Heç kim düşünməsin ki, Premyer Liqadakı rəqiblərimiz zəifdir, əksinə, onlar güclüdürlər, amma onların qarşısında daha da güclü, Avropa təcrübəsinə malik "Qarabağ" var. Bütün bu uğurlar bizim "Qarabağ"da yaratdığımız birlik ruhunun nəticəsidir. Klubun rəhbərliyindən, baş məşqçisindən sıravi işçisinə kimi hamının arasında böyük mənəvi birlik var. Rekord sayda 11-ci çempionluq münasibətilə başda məşqçilər heyəti olmaqla, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi "Qarabağ"la döyünən bütün azarkeşlərimizi təbrik edirəm".

Klub prezidenti növbəti hədəflərə də toxunub: "Əldə olunan nəticələr "Qarabağ"ın dünya və Avropa reytinqlərində yüksəlməsinə də əsas verib. Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının dünya reytinqində 48-ci yerdədir ki, on minlərlə klub bu siyahida yer almaq üçün mübarizə aparır. Çempionluq kubokunu doğma "Azersun Arena"da aldıqdan sonra bizi kubok uğrunda final qarşılaşması gözləyir. Həmin oyunda iştirak edəcəyəm. Görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. "Zirə" çox güclü komandadır və Rəşad Sadıqov mükəmməl heyət formalaşdırıb. Amma biz də daha bir titul qazanmağa, mövsümü "Qızıl dubl"la tamamlanmağa çalışacağıq. Ardınca isə yeni mövsümə böyük motivasiya, böyük ümid və inamla hazırlaşacağıq. Titulumuzu növbəti dəfə qorumaq, Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq. İllərdir Qarabağ adını Avropada qürurla daşıyırıq və artıq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində azad Qarabağı təmsil edirik. "Qarabağ" adının, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını anlayırıq və bilirik ki, "Qarabağ" futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada layiqincə təmsil etməliyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir və komandamıza inamım sonsuzdur".

Qeyd edək ki, sabah keçiriləcək "Araz-Naxçıvan" – "Qarabağ" matçından sonra Ağdam klubuna qızıl medallar və çempionluq kuboku təqdim olunacaq. Tahir Gözəl şəxsi işləri ilə əlaqədar matçda və mükafatlandırmada iştirak etməyəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Bu gün, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Bu gün, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Bu gün, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Bu gün, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Bu gün, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Bu gün, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Bu gün, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Bu gün, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Bu gün, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Bu gün, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
Dünən, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
Dünən, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
Dünən, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
Dünən, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Basketbol
Dünən, 20:38

Sumqayıt, NTD-ni 111:94 hesabı ilə məğlub etdi;

Futbol
Dünən, 17:31

Neftçi dostluq oyununda Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Futbol
Dünən, 16:45

U-20 milli komandamızın heyətində Həzrət Səmədovun zədə səbəbindən çıxması

Futbol
Dünən, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Dünən, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Dünən, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Dünən, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Dünən, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Dünən, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Oxşar xəbərlər