top
Tahir Gözel: “İnanıram ki, növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq” İdman.biz
Bu gün, 15:42
- +

Tahir Gözel: “İnanıram ki, növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”

UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" Liqa mərhələsinin V turunda "Lion"la qarşılaşacaq.

İdman.biz xəbər verir ki, klubun prezidenti Tahir Gözel qarşılaşma ərəfəsində "Qarabağ"ın mətbuat xidmətinə açıqlama verib:

"Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən "Qarabağ" bu həftə növbəti oyununu keçirəcək. Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan "Lion"u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur "Bodo Qlimt"ə qalib gələn "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Komandamız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq. Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləməyəcəyəm. Amma ürəyim hər zaman olduğu kimi "Qarabağ"la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlərimizlə tam dolacaq və onlar arenadan sevinclə ayrılacaqlar. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi "Lion"a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Lion" görüşü saat 21:45-də başlayacaq.

İdman.biz

Rəylər (0)

Son xəbərlər

Basketbol
Bu gün, 18:44

“Neftçi”yə 1 ay kömək edə bilməyəcək - SƏBƏB

Futbol
Bu gün, 18:32

Vasili Berezutski: “Bu yol məhsuldar, maraqlı və həyəcanlı olacaq”

Futbol
Bu gün, 18:24

Yassin Benzia: "Lion"a ən yaxşısını arzulayıram, amma cümə axşamı yox"

Futbol
Bu gün, 18:22

I Liqada turun mərkəzi qarşılaşması Turala trapşırıldı

Futbol
Bu gün, 18:16

Biri gələr, biri gedər...

Futbol
Bu gün, 17:59

Danışılmış oyunlarla bağlı seminar - FOTO

Futbol
Bu gün, 17:57

Ağasəlim Mircavadov: "Sabah" rəhbərliyi onu dəvət edibsə..."

Futbol
Bu gün, 17:52

Rusiya millisinin sabiq futbolçusu: “Berezutskidə hər şey alınmalıdır”

Voleybol
Bu gün, 17:34

Yığmamızın voleybolçusu: "Faiq Qarayevin rəhbərliyi ilə bütün oyunlardan üzüağ çıxacağımıza inanıram"

Futbol
Bu gün, 17:26

Millimizin Rusiya yığması ilə oyununun hakimləri bəlli olub

Futbol
Bu gün, 17:20

De Bruyne “Mançester Siti”dən ayrıla bilər

Futbol
Bu gün, 17:15

Adil Şükürov: “Sabah” Berezutski ilə avrokuboka düşə bilməsə...” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:04

"Neftçi" hücumçusunu yola saldı

Futbol
Bu gün, 16:59

Premyer Liqa klubları cərimələndi

Futbol
Bu gün, 16:53

Şəhid Milli Qəhrəmanın qardaşı AFFA-da işləməyəcək

Futbol
Bu gün, 16:44

“Neftçi” legionerini yola saldı

Futbol
Bu gün, 16:44

“Neftçi”də vida

Futbol
Bu gün, 16:39

Tahir Gözel: “Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir”

Futbol
Bu gün, 16:31

"Neftçi"nin qapıçısı: "Samir Abasovun kapitanlıq sarğısını mənə verməsi gözlənilmız oldu" - MÜSAHİBƏ

Futbol
Bu gün, 16:19

Neymar “Real”a keçmək istəyir

Futbol
Bu gün, 16:18

“Sabah”ın idman direktoru: "Vasili Berezutskinin özünü sübut etmək üçün yaxşı şansı var"

Futbol
Bu gün, 16:00

Millinin sabiq futbolçusu silahlı hücuma məruz qaldı

Voleybol
Bu gün, 15:40

Azərbaycan yığması Estoniyaya yollandı

Oxşar xəbərlər