top
Biri gələr, biri gedər... İdman.biz
26 noyabr 2024, 18:16
- ↺ +

Biri gələr, biri gedər...

Bakının "Sabah" klubu növbəti dəfə baş məşqçisini dəyişib.

İdman.biz xəbər verir ki, Krunoslav Renduliçi əvəzləyən Vasili Berezutski komandanı çempionat matçına çıxaran mütəxəssislər sırasına düşəcək.

Cəmi 7 il əvvəl ölkə çempionatına qoşulan paytaxt təmsilçisi bu qısa müddətdə baş məşqçi dəyişikliklərini adi hala çevirib. "Sabah"ı meydana çıxaran çalışdırıcıları üç qrupa bölmək olar. Komandaya rəhbərlik edən yerli və əcnəbi mütəxəssislərdən başqa, bu vəzifəni müvəqqəti icra edən xeyli sayda çalışdırıcı olub.

Əsədovdan Quliyevə qədər
Paytaxt klubunun Azərbaycan çempionatlarındakı ilk baş məşqçisi Arif Əsədov olub. O, indi I Liqa adlanan I divizionda komandaya rəhbərlik edib. 2017/18 mövsümündə komandanı çalışdıran mütəxəssis çempionat bitən kimi postundan ayrılıb. O, klubun tarixinə təkcə ilk baş məşqçi kimi deyil, həm də mövsümü əvvəldən sonadək postunda qalan üç mütəxəssisdən biri kimi düşüb. Onu əvəzləyən Elşad Əhmədov da bir mövsüm duruş gətirə bilib. Amma Premyer Liqadakı 2018/19 mövsümündən sonra postunda çox qalmayan çalışdırıcı növbəti çempionatın startından 4 tur sonra klubla vidalaşıb. Klub tarixinin üçüncü və sonuncu yerli baş məşqçisi Ramin Quliyev olub. O, Əhmədov kimi iki fərqli mövsümdə komandaya başçılıq edib. Amma hər ikisi yarımçıq. 2020/21 mövsümünün sonlarında "sükan" arxasına keçən Quliyev növbəti çempionatı yarılamağa da macal tapmayıb.

Avropanı gəzə-gəzə
Yerli məşqçilərlə qısa zamanda uğur qazana bilməyən "Sabah" bu posta namizəd axtarmaq üçün Avropanı gəzib. Klubun ilk əcnəbisi xorvatiyalı Jelko Sopiç 2019-cu ilin noyabrında dəvət olunub. Koronavirus üzündən yarımçıq dayandırılan 2019/20 mövsümünü sona çatdıran mütəxəssis yayda postundan ayrılıb. Bu dəfə İspaniyaya üz tutan klub rəhbərliyinin gətirdiyi Visente Qomesin də fəaliyyəti uzun sürməyib. O, 19 turdan sonra vəzifəsindən ayrılıb. Klub tarixinin üçüncü legioner baş məşqçisi Murad Musayev həm ən uğurlu, həm də ən uzunmüddətli çalışdırıcı olub. Üç fərqli mövsümdə iş başında olan rusiyalı komanda ilə Premyer Liqanın gümüş medalını əldə edib. 2022/23 mövsümünü əvvəldən sonadək postunda qalan Musayev Əsədov və Əhmədovdan sonra bunu bacaran üçüncü və sonuncu mütəxəssisdir. 2021/22 mövsümünün sonunda da bu posta olan çalışdırıcı ötən çempionatın ikinci yarısında postunu tərk edib. Ondan sonra bu vəzifəyə gətirilən Krunoslav Renduliç ikinci xorvatiyalı kimi yadda qalıb. O, ötən mövsümün sonunda və cari çempionatın arxada qalan hissəsində iş başında olub. Ardınca estafeti 5-ci legionerə, ikinci rusiyalı olan Vasili Berezutskiyə qəbul edib.

Əvəzləyicilər
"Sabah"ın birinin gəlib, birinin getdiyi baş məşqçi vəzifəsi təkcə üç yerli və beş əcnəbi mütəxəssisə həvalə olunmayıb. Onlardan başqa paytaxt təmsilçisində müvəqqəti çalışdırıcılar da yetərincə olub. Bu dəfə Renduliçin getməsi ilə Berezutskinin gəlməsi arasında saatlar fərqi olsa da, əvvəlki dəyişikliklər zamanı boş qalan post klubda çalışanlara həvalə olunub. Onlardan biri – Ramin Quliyev sonradan baş məşqçi də təyin edilib. Amma digərləri elə əvəzləyici kimi qalıblar. Dəfələrlə başsız qalan komandanı oyuna İqor Ponomaryov çıxarıb. Bəzən isə onun hazırladığı komandaya texniki zonadan başqası rəhbərlik edib. "Sabah"ın məşqçiləri Rövşən Babayev, Rəşad Hüseynov, İlkin Hüseynov, Rəşad Eyubov və Ruslan Qafitullin komandanı rəsmi matça çıxarmağa imkan tapıb. Əslində, əvəzləyicilərin sayı bununla bitmir. Bu çalışdırıcılar baş məşqçinin yoxluğunda texniki zonada onun funksiyasını yerinə yetiriblər. Baş məşqçilərin, xüsusilə də çılğınlığı ilə özündən söz etdirən Murad Musayevin cəzalı olduğu vaxtlarda da texniki zonada fərqli simalar rəhbərlik ediblər. Amma onlar əsasən baş məşqçinin kənardan verdiyi tapşırıqları komandaya ötürmək olub.

Qeyd edək ki, "Sabah" növbəti oyununu noyabrın 29-da evdə "Səbail"ə qarşı keçirəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Oxşar xəbərlər