top
Adil Şükürov: “Sabah” Berezutski ilə avrokuboka düşə bilməsə...” - MÜSAHİBƏ İdman.biz
26 noyabr 2024, 17:15
- ↺ +

Adil Şükürov: “Sabah” Berezutski ilə avrokuboka düşə bilməsə...” - MÜSAHİBƏ

Azərbaycanın veteran futbolçusu Adil Şükürovun İdman.biz saytına müsahibəsi

- "Sabah" Krunoslav Renduliçlə yollarını ayırdı. Bunu gözləyirdiz?
- "Sabah" bu surətlə təyinatı reallaşdırmaqla göstərdi ki, rəhbərlik Renduliçin son nəticələrindən narazı olub və öncədən Vasili Berezutski ilə müqavilənin şərtləri müzakirə edib. Bu cür olacağı gözlənilən idi. "Sabah"da artıq bir statistika formalaşıb. Müqavilənin müddətindən asılı olmayaraq, hər il yarımdan bir klubda məşqçi dəyişikliyi baş verir.


- Sizcə, komanda qış fasiləsinə qədər gözləsəydi, daha düz olmazdı? Fasiləyə 4 matç qalmışdı...
- Klub rəhbərliyinin özünün yanaşması var. Onlar Premyer Liqaya gələndən özəlliyi ilə həmişə seçilib və bu gün də ənənəsinə sadiq qalır. Təbii ki, qışa qədər 4 turda vəziyyəti dəyişmək və turnir cədvəlində daha yüksək yerə qalxmaq mümkün idi. Buna hansı məşqçi ilə gediləcəyinin qərarını isə rəhbərlik verir.

- İndiyədək baş məşqçi kimi çalışmayan Berezutskinin təyinatını necə qarşıladız?
- Bəli, bu, onun karyerasında baş məşqçi kimi ilk işi olacaq. Nə vaxtsa başlamaq lazım idi. Təyinatla bağlı isə qeyri-adi heç nə yoxdur. Alınmayacaq, ənənə davam edəcək.

- Adətən "Sabah"a baş məşqçilər mövsümün gedişində gəlir və lazımı nəticəni göstərməyəndə heyəti onların qurmadığı bəhanəsini əsas gətirirlər. Bu dəfə də eyni hallar yaşana bilər?
- Səhv etmirəmsə, bu klub yığılandan həmişə futbolçu transferi ilə rəhbərlik məşğul olub və kluba məşqçi cəlb olunduqda məşqçiyə də bu məsələ bildirilir. Nəticədən asılı olaraq sonrakı qərarlar verilir. Bu idarəçilik üsulu səhv etmirəmsə, Almaniya və İtaliyada da tətbiq olunur. Bu klub strategiyası ilə bağlı olan məsələdir. Görürük ki, son dönəmlərdə "Sabah"da əcnəbi məşqçilərə daha çox güvənilir.

- Sizcə, "Sabah" avrokuboklara vəsiqə qazana biləcək?
- Rəhbərlik baş məşqçi Murad Musayevin gedişindən sonra Renduliçi gətirəndə avrokubok ilk şərt olub. Uğursuz olsaydı, xorvatiyalı çalışdırıcı yayda yola salınacaqdı. Bunu klub rəhbəri müsahibəsində bildirmişdi. Yəni klub bu cür gedişata hazır idi. "Sabah" Berezutskinin rəhbərliyi ilə avrokubaka düşə bilməsə, mümkündür ki, yenə dəyişiklik olsun. Düşünürəm ki, komandanın avrokuboka yollanmaq üçün yüz faiz şansı var.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Oxşar xəbərlər