top
“Sabah”ın idman direktoru: Vasili Berezutskinin özünü sübut etmək üçün yaxşı şansı var İdman.biz
26 noyabr 2024, 16:18
- ↺ +

“Sabah”ın idman direktoru: "Vasili Berezutskinin özünü sübut etmək üçün yaxşı şansı var"

Vasili Berezutskinin özünü sübut etmək üçün yaxşı şansı var.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Sabah" klubunun idman direktoru İqor Ponomaryov rusiyalı mütəxəssis Vasili Berezutskinin komandaya baş məşqçi təyin olunması ilə bağlı danışarkən deyib.

Klub rəsmisi əvvəlcə komandanın xorvatiyalı sabiq baş məşqçisi Krunoslav Renduliçin istefasına münasibət bildirib:

"Hamımız inanırdıq ki, vəziyyət düzələcək, xal itkiləri sona çatacaq. Tovuzdakı xal itkisi ilə ikinci pillədəki "Araz Naxçıvan"la xal fərqi 14-ə çatdı. Odur ki, bunun hansı müddətdə edilməsi və ya ümumiyyətlə edilib-edilməməsi ilə bağlı fikir bildirmək çox çətindir. Artıq qərar verilib. İndi yalnız irəli baxmalı və hər şeyin yaxşı olacağına ümid etməliyik".

İ.Ponomaryov yeni baş məşqçinin "Sabah"dakı fəaliyyətinin uğurlu olacağına inanır:

"Niyə Berezutski? Niyə də olmasın? Klub prezidentinin də dediyi kimi, hər bir baş məşqçi nə vaxtsa, haradasa işə başlayıb. O, futbolçu karyerası ərzində Rusiya millisinin əsas üzvlərindən və ölkəsinin ən yaxşı baş məşqçilərindən birinin köməkçisi olub. İndi isə baş məşqçi kimi fəaliyyətə başlayır və özünü sübut etmək üçün yaxşı şansı var. İnanıram ki, Berezutskinin "Sabah"dakı fəaliyyəti uğurlu olacaq. Ona və komandamıza uğurlar arzu edirəm".

Qeyd edək ki, Vasili Berezutski ötən gün "Sabah"ın baş məşqçisi təyin olunub. Onunla 2,5 illik müqavilə imzalanıb. Komanda hazırda Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci pillədə yer alıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Oxşar xəbərlər