"Əl Hilal"ın hücumçusu Neymarla bağlı maraqlı iddia ortaya atılıb. Sport24.az xəbər verir ki, braziliyalı forvard klubla müqaviləsi başa çatdıqdan sonra "Real"a keçmək niyyətindədir.
Bu barədə "Sport.de" portalı məlumat yayıb.
32 yaşlı hücumçu Mbappe və Vİnisius Juniorla birlikdə oynamaq istəyir.
Neymarın "Əl Hilal"la müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm 2 oyuna çıxıb.