"Eyüpspor"un ardından Türkiyə Superliqasına vəsiqə qazanan ikinci komandanın adına da aydınlıq gəlib. Sport24.az xəbər verir ki, "Göztepe" I Liqanın XXXIII turunda"Gənclərbirliyi"nə 2:0 hesabı ilə qalib gələrək aktivindəki xalların sayını 66-a çatdırıb və üçüncü yerdəki "Sakaryaspor" üçün əlçatmaz olub.
Qeyd edək ki, "Göztepe" sonuncu dəfə Superliqada 2021/2022 mövsümündə çıxıç edib.