top
Sumqayıtın qapıçısı Mehdi Cənnətovdan müsahibə: Oyunlar arasında qısa fasilələr çətindir, hər iki turnir prioritetdir Idman.biz
05 fevral 2026, 13:13
- ↺ +

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovdan müsahibə: Oyunlar arasında qısa fasilələr çətindir, hər iki turnir prioritetdir

"Bizim üçün hər ikisi prioritetdir. Turnirlər arasında fərq qoymuruq. Hər matça qələbə üçün çıxırıq".

Bunu "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov qol.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Zirə"yə qarşı keçirilən kubok oyununda (0:0) təxminən 2 aylıq fasilədən sonra yenidən meydana çıxdınız. Özünüzü necə hiss edirsiniz?

- Ümumilikdə hər şey yaxşıdır. Özümü çox yaxşı hiss edirəm. Oynamağa hazıram. Məşqçilər korpusuna da minnətdaram ki, mənə etimad göstərdilər.

- Qarşılaşmanı necə şərh edərdiniz?

- Bərabər səviyyəli oyun idi. Sadəcə sona yaxın biz sanki bir qədər dayandıq. "Zirə" qapımız qarşısında təhlükəli epizodlar yaratdı. Hələ heç nə məlum deyil. Bütün suallara ikinci görüşdə aydınlıq gələcək.

- Sərfəli nəticə qazanmaq üçün nə çatışmadı?

- Üç-dörd gündən bir oynamaq çətindir. Üstəlik, son matçı süni qazonda oynamışdıq. Bu da təsirini göstərdi. Hava şəraiti də yaxşı deyildi. Əlbəttə, bu, bəhanə deyil, çünki hər iki komanda eyni şərtlərdə oynayırdı.

- Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?

- 50-50-yə. Hər şey cavab matçında bilinəcək. İndidən hansısa komandanı üstün göstərmək olmaz.

- Avrokuboklara yollanmaq baxımından "Sumqayıt" üçün prioritet kubokdur, yoxsa çempionat?

- Bizim üçün hər ikisi prioritetdir. Turnirlər arasında fərq qoymuruq. Hər matça qələbə üçün çıxırıq. Addım-addım irəli gedirik. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda hədəfimizə çataq.

- 3 gündən sonra yenidən "Zirə" ilə, bu dəfə çempionatda qarşılaşacaqsınız. Həmin görüş kubok oyunundan nə iləsə fərqlənəcək?

- Kubokun ilk oyunu olduğu üçün hər iki komanda ehtiyatlı oynayırdı. Çünki qarşıda hələ cavab matçı var. Ona görə də heç kim risk etmək istəmirdi. Çempionatda isə vəziyyət fərqlidir. İndi mövsümün elə hissəsidir ki, daha diqqətli olmalıyıq. Hər xal dəyərlidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər