Futbol üzrə Misli Premyer Liqasının yeddinci turunda bu gün "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, komandalar ölkə çempionatları tarixində 51-ci dəfə üz-üzə gələcəklər.
Əvvəlki 50 qarşılaşmanın 25-də "Qəbələ", 10-da isə "Sumqayıt" qələbə qazanıb. Daha 15 oyun heç-heçə ilə başa çatıb. Topların nisbətində də "qırmızı-qaralar" üstündür - 71:40.
Bununla belə, son illərdə "Sumqayıt" rəqibinə qarşı uğurlu çıxış edir. "Kimyaçılar" Premyer Liqada "Qəbələ" ilə son yeddi qarşılaşmada məğlub olmayıblar.
"Qəbələ" isə son altı çempionat oyununda "Sumqayıt"ın qapısına yol tapa bilməyib. Komandanın bu rəqib üzərində son qələbəsi və qol vurduğu son oyunlar 2023-cü ilə təsadüf edir.
Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" qarşılaşması bu gün saat 19:30-da başlayacaq.