2025/26 mövsüm üçün transfer çalışmalarına start verən "Sumqayıt" ilk futbolçu keçidini reallaşdırıb.
"Report" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi portuqaliyalı Pedro Pinto ilə "1+1" illik müqavilə bağlayıb.
30 yaşlı müdafiəçi "Sumqayıt"ın heyətində "14" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu Anqola təmsilçisi "Petro Luanda" olan P.Pinto karyerası ərzində Portuqaliyanın "Setubal" və "Arouka" klublarının da şərəfini qoruyub.