AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb.
İdman.biz-in Sportnet.az-a istinadən məlumatına görə, milli assosiasiya rəsmisi qadın futbolçular arasında Avropa Kubokunun I təsnifat mərhələsinin "Ayaks" (Niderland) - "Şturm Qrats" (Avstriya) matçında iş başında olacaq.
Mustafayeva UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Sentyabrın 11-də Duyvendrext şəhərindəki "De Toekomst" İdman Kompleksində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Qarşılaşmanı Milika Milovanoviçin rəhbərliyi altında serbiyalı hakimlər briqadası idarə edəcək.
İdman.biz