top
Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir Idman.biz
12 oktyabr 2026, 06:47
- ↺ +

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

İtaliyanın "Yuventus" futbol komandasının baş məşqçisi Luçano Spalletti A Seriyasının altıncı turunda "Kalyari" ilə 1:1 hesablı heç-heçəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis "DAZN Italia"ya açıqlamasında komandasının oyunundan razı qaldığını, lakin qol imkanlarından daha səmərəli istifadə etməli olduğunu bildirib.

"Əsas problemimiz qol vəziyyətlərini düzgün dəyərləndirməməyimizdir. Kolo Muani sıx müdafiə şəraitində fərqlənməyi bacardı. O, fiziki cəhətdən güclüdür və həlledici anlarda necə davranmalı olduğunu bilir", - deyə Spalletti bildirib.

Baş məşqçi komandasının qələbə qazanmaq üçün daha çox təşəbbüs göstərməsinin vacibliyini vurğulayıb.

"Qələbə qazanmağa həddindən artıq köklənməliyik. Onun təsadüfən qarşımıza çıxmasını gözləmək olmaz. Qələbəni özümüz axtarmalı və əldə etməliyik. Bu komandanın potensialı var. Çatışmayan cəhətləri təhlil edir və onları aradan qaldırmaq üçün daha çox çalışmağa səy göstəririk", - deyə mütəxəssis əlavə edib.

Spalletti "Yuventus"un hücum xəttində etdiyi dəyişiklikləri də izah edib. Onun sözlərinə görə, Nik Qonsales və Randal Kolo Muaniyə meydanda mövqelərini dəyişmək azadlığı verilib.

Görüşün final fitindən sonra Spalletti ilə "Kalyari"nın baş məşqçisi Fabio Pizakane arasında mübahisə yaranıb. Hakim hər iki mütəxəssisə qırmızı vərəqə göstərib.

İtaliyalı çalışdırıcı hadisəni belə izah edib:

"Əslində ciddi heç nə baş vermədi. Ona dedim ki, komandası yaxşı futbol oynayır və vaxtı uzatmağı da yaxşı bacarır. O isə məndən vaxtı uzatmaqla nəyi nəzərdə tutduğumu soruşdu. Bundan sonra hakim hər ikimizi meydandan qovdu. Böyük mübahisə olmadı, hər şey adi qaydada baş verdi".

Qeyd edək ki, "Yuventus" "Kalyari" ilə səfər görüşündə 81-ci dəqiqədə Randal Kolo Muaninin qolu sayəsində məğlubiyyətdən xilas olub. Turin təmsilçisi İtaliya çempionatında keçirdiyi son dörd oyunun yalnız birində qalib gəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Oxşar xəbərlər