top
Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi Idman.biz
Dünən, 23:55
- ↺ +

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqası tarixində ən çox qələbə qazanan məşqçi rekordunu təkrarlayıb. Argentinalı mütəxəssis Luis Araqonesin 344 qələbəlik göstəricisinə çatıb.

İdman.Biz AS-a istinadən xəbər verir ki, Simeone bu nailiyyətə komandasının 11-ci turda "Levante"ni səfərdə 2:0 hesabı ilə məğlub etməsindən sonra imza atıb.

O, tarixi nəticəni şəxsi uğuru hesab etmədiyini vurğulayıb:

"Bu, illər ərzində böyük əzmkarlıqla çalışan çoxsaylı futbolçuların mənə hədiyyəsidir. Bu rekordu öz nailiyyətimdən daha çox onların uğuru hesab edirəm. Məni bu səviyyəyə çatdıran bütün futbolçulara minnətdaram".

Simeone klubda keçirdiyi 15 il ərzində ona dəstək olan insanları da xatırladıb. O, xüsusilə Migel Anxel Xil Marinin Avropa futbolunda böyük məşqçilik təcrübəsi olmadığı vaxt ona göstərdiyi etimadı yüksək qiymətləndirib.

"Levante" ilə görüşü də dəyərləndirən mütəxəssis rəqibin oyuna yaxşı başladığını, lakin komandasının tədricən üstünlüyü ələ aldığını bildirib. O, qapıçı Yan Oblakın vacib müdaxiləsini, Aleks Baenanın Culiano Simeoneyə verdiyi qol ötürməsini və futbolçuların kollektiv mübarizəsini xüsusi qeyd edib.

"Bizə hər kəs lazımdır", – deyə baş məşqçi vurğulayıb.

Simeone komandasının turnir cədvəlində müvəqqəti liderliyə yüksəlməsinə də ehtiyatla yanaşıb:

"La Liqa çox uzundur. Qarşıda bizi nələrin gözlədiyini bilirik. Hər oyuna ayrıca yanaşmalı və hələ görəcəyimiz çox işin olduğunu unutmamalıyıq".

Qeyd edək ki, Simeone 344 qələbəyə 565 La Liqa matçında nail olub. O, növbəti qələbəsi ilə Luis Araqonesi geridə qoyaraq turnirin mütləq rekordçusuna çevrilə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Dünən, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Dünən, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Dünən, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Dünən, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Dünən, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Oxşar xəbərlər