Azərbaycanlı futbolçu Ramil Şeydayev baş məşqçisiz qalıb.
İdman.biz xəbər verir ki, bu barədə "Kocaelispor" klubundan rəsmi açıqlama yayılıb.
Açqılamada baş məşqçi Mustafa Gürsellə yolların ayırıldığı bildirilib. 54 yaşlı mütəxəssis fevral ayından komandaya rəhbərlik edib. "Kocaelispor" onun rəhbərliyi ilə 11 matçda 3 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb və 5 dəfə uduzub.
Qeyd edək ki, mövsümü 6-cı pillədə başa vuran Ramilin komandası pley-offa mübarizə aparacaq. İzmit klubu "Çorum"la qarşılaşacaq.
İdman.biz