Futbol üzrə İtaliya A Seriyasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu ada "Komo"nun baş məşqçisi Sesk Fabregas layiq görülüb.
38 yaşlı ispaniyalı mütəxəssisin komandası ötən ay çempionatda üç oyunun hər birində qələbə qazanıb – "Kalyari" (2:1), "Roma" (2:1) və "Piza" üzərində (5:0).
Hazırda "Komo" 30 turdan sonra 57 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.