top
Seriya A: Bolonya Leççe üzərində qələbə qazanıb, Napoli səfərdə xal itirib, Cenoa Sassuolonu məğlub edib Idman.biz
12 aprel 2026, 22:32
- ↺ +

Seriya A: "Bolonya" "Leççe" üzərində qələbə qazanıb, "Napoli" səfərdə xal itirib, "Cenoa" "Sassuolo"nu məğlub edib

"Bolonya" İtaliya A Seriyasının 32-ci turu çərçivəsində öz meydanında "Leççe"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 26-cı dəqiqədə Remo Froyler açıb. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə Rikardo Orsolini meydan sahiblərinin üstünlüyünü artırıb.

Bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran "Bolonya" A Seriyasının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Ardıcıl dördüncü məğlubiyyətini alan "Leççe" isə 27 xalla 18-ci sıradadır.

19:05

"Napoli" İtaliya A Seriyasının 32-ci turu çərçivəsində səfərdə "Parma"nın qonağı olub. "Ennio Tardini" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna sürətli başlayaraq artıq birinci dəqiqədə hesabı açıblar. "Parma"nın yarımmüdafiəçisi Qabriel Strefeçça dəqiq zərbə ilə komandasını önə keçirib. Neapollular bu qola oyunun ikinci hissəsində cavab verə biliblər. Matçın 60-cı dəqiqəsində Skott Maktominey tarazlığı bərpa edib.

Bu nəticə ilə "Napoli"nin beş matçlıq qələbə seriyası dayanıb. Hazırda 66 xalı olan neapollular turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. 36 xala malik "Parma" isə 14-cü yerdədir. Meydan sahibləri bu heç-heçə ilə qələbəsiz oyunlar seriyasını altı matça çatdırıblar.

17:03

"Cenoa" İtaliya A Seriyasının 32-ci turu çərçivəsində öz meydanında "Sassuolo"nu qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, genualılar 18-ci dəqiqədə hesabı açıblar. Tommazo Baldantsinin ötürməsindən sonra Ruslan Malinovski fərqlənib. Qonaqlar 57-ci dəqiqədə İsmael Konenin sayəsində tarazlığı bərpa etsələr də, "Cenoa" oyunun sonlarında qələbə topunu vura bilib. Kaleb Ekuban komandasına üç xal qazandıran qola imza atıb.

Matçın sonu hər iki tərəf üçün itkilərlə yadda qalıb. "Sassuolo"da Domeniko Berardi, meydan sahiblərində isə Mikael-Eqil Ellertsson qırmızı vərəqə alaraq meydandan qovulublar.

Bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran "Cenoa" turnir cədvəlində 13-cü pilləyə yüksəlib. "Sassuolo" isə 42 xalla 11-ci sırada qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Oxşar xəbərlər