top
Seriya A, 36-cı tur: Milanın məğlubiyyəti, Roma və Komonun qələbələri, digər nəticələr Idman.biz
11 may 2026, 00:54
- ↺ +

Seriya A, 36-cı tur: "Milan"ın məğlubiyyəti, "Roma" və "Komo"nun qələbələri, digər nəticələr

Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda "Milan" doğma meydanda "Atalanta"ya 2:3 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, "San-Siro" stadionunda keçirilən qarşılaşmada hesab erkən açılıb. "Atalanta"nın yarımmüdafiəçisi Ederson yeddinci dəqiqədə fərqlənərək qonaqları önə keçirib. 29-cu dəqiqədə Davide Dzappakosta Berqamo klubunun üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə "Atalanta" daha bir qol vurub. 52-ci dəqiqədə Cakomo Raspadori hesabı 3:0 edib. "Milan" yalnız oyunun sonlarında fərqi azaltmağı bacarıb. 88-ci dəqiqədə müdafiəçi Strahinya Pavloviç, 90+4-cü dəqiqədə isə Kristofer Nkunku penaltidən qol vurub.

Buna baxmayaraq, Milan klubu məğlubiyyətdən qaça bilməyib.

Bu nəticədən sonra "Milan" 67 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. "Atalanta" isə xalını 58-ə çatdıraraq yeddinci sırada qərarlaşıb.

22:25

Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda "Roma" səfərdə "Parma"ya 3:2 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, görüşdə hesab birinci hissənin ortalarında açılıb. "Roma"nın futbolçusu Doniell Malen Paulo Dibalanın ötürməsindən sonra topu tora göndərib. Fasiləyə qədər hesab dəyişməyib.

İkinci hissənin əvvəlində "Parma" oyunda tarazlığı bərpa edib. Hans Nikolussi-Kaviqlianın ötürməsindən sonra Qabriel Strefezza fərqlənib. 87-ci dəqiqədə isə Mandela Keyta meydan sahiblərini önə keçirib.

Buna baxmayaraq, "Roma" əlavə vaxtda inanılmaz dönüş edib. Əvvəlcə 90+4-cü dəqiqədə Devayn Renş hesabı bərabərləşdirib. 90+11-ci dəqiqədə isə Malen penaltini dəqiq yerinə yetirərək paytaxt klubuna qələbə qazandırıb.

Bu nəticədən sonra "Roma" xalını 67-yə çatdırıb və turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Parma" isə 42 xalla 13-cü sırada qalıb.

19:40

Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda "Kremoneze" doğma meydanda "Piza"nı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada meydan sahiblərinin qollarını Ceymi Vardi, Federiko Bonatsoli və David Okereke vurublar. "Kremoneze"nin ilk qoluna Vardi 31-ci dəqiqədə imza atıb. Bonatsoli 51-ci dəqiqədə fərqi artırıb, Okereke isə 86-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.

"Piza" oyunu doqquz nəfərlə başa vurub. Qonaqların heyətində 23-cü dəqiqədə müdafiəçi Rosen Bojinov meydandan qovulub. 57-ci dəqiqədə isə yarımmüdafiəçi Filipe Loyola birbaşa qırmızı vərəqə alıb.

Bu qələbədən sonra "Kremoneze" xalını 31-ə çatdırıb. Komanda hələ də turnir cədvəlində 18-ci pillədə, düşmə zonasında qalır. "Piza" isə 18 xalla sonuncu – 20-ci sıradadır və daha əvvəl A Seriyasında qalmaq şansını itirib.

Günün digər oyununda "Fiorentina" evdə "Cenoa" ilə qolsuz heç-heçə edib. "Cenoa" 41 xalla 14-cü, "Fiorentina" isə 38 xalla 15-ci pillədə qərarlaşıb.

16:43

Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda "Komo" səfərdə "Verona"nı 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. İlk hissədə daha fəal təsir bağışlayan qonaqlar fasiləyə qədər fərqlənə bilməyiblər. "Verona" müdafiədə etibarlı oynasa da, 71-ci dəqiqədə qapısında qol görüb.

"Komo"nun qələbə topunu Anastasios Duvikas vurub. Meydan sahibləri 75-ci dəqiqədə hesabı bərabərləşdirsələr də, VAR müdaxiləsindən sonra qol ofsayd səbəbindən ləğv olunub.

Bu nəticədən sonra "Komo" xalını 65-ə çatdıraraq A Seriyasının turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Verona" isə 20 xalla 19-cu sırada qərarlaşıb və daha əvvəl elitada qalmaq şansını itirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər