top
Səlahət Ağayev: “Bir çox futbolçularımızın sıradan çıxması, vacib oyunlarda xallar itirməyimiz... Sport24.az
04 iyun 2024, 11:00
- ↺ +

Səlahət Ağayev: “Bir çox futbolçularımızın sıradan çıxması, vacib oyunlarda xallar itirməyimiz..."

Başa çatan mövsümdə "Səbail"in qapısını qoruyan Səlahət Ağayev Sport24.az-a müsahibə verib. Təcrübəli "çərçivə qoruyucusu" həm komandasının çıxışını qiymətləndirib, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

 

- Öncə geridə qalan mövsümlə bağlı fikirlərini bölüşərdin...
- Həm maraqlı, həm də gərgin məcrada keçən "futbol ili"nin sonuna gədlik. Komandalar hər həftə meydana sonuncu oyuna çıxırlarmış kimi ayaq basırdılar. Məhz buna görə də Premyer Liqada sonuncu tura kimi intriqa ölmədi. Fikrimcə, gələn mövsüm daha rəqabətli çempionat izləyəcəyik.

 

- "Səbail"in çıxışını necə dəyərləndirirsən?
- Mövsüm bizim üçün də enişli-yoxuşlu keçdi. Qarşımıza avrokuboklara getmək tapşırığı qoyulmasa da, qitəmiqyaslı yarışlara yollanmağa çox yaxın idik. Hətta elə oldu ki, bir ara ilk "4-lük"də də qərarlaşdıq. Sadəcə, heyətimizdə Ağabala Ramazanov başda olmaqla bir çox futbolçularımızın sıradan çıxması, vacib oyunlarda xallar itirməyimiz bizi avrokuboklardan uzaq qoydu.

 

- Bəs öz öz oyunundan razı qaldın?

- Əvvəlki mövsümlə müqayisədə bu il daha çox oynamaq şansı qazandım. Düşünürəm ki, optinal formamı qorumuşam. Amma yenə də ən yaxşı qiymətləndirməni məşqçilər korpusu edə bilər. Fürsətdən istifadə edib qapıçılar üzrə məşqçimiz Fuad Əsədova dərin minnətdarlığımı bildirirəm.

 

- "Qarabağ"ın Çempionlar Liqasına yollanacağı bəlli idi. Son turda "Zirə", "Sabah", "Sumqayıt" avrokuboklara vəsiqəni təmin etdilər. Səncə, hər üç komanda qitəmiqyaslı turnirlərə yollanmağa layiqdilər, yoxsa burda bəxt amili də sözünü dedi...
- Çoxları bəxtsizlikdən şikayətlənir. Bəzən də uğur qazanmayanda rəqiblərin bəxtinin gətirdiyini vurğulayırlar. Heç kimin uğuruna kölgə salmaq istəmirəm. Bəxt də güclülərin tərəfində olur. Hər üç təmsilçimizə qitəmiqyaslı yarışlarda uğu
rlar arzu edirəm.

 

- "Səbail"də qalacaqsan yoxsa başqa təkliflərin var?
- "Dənizçilər"lə müqaviləm bitir. Gələcəyimi harda davam etdirəcəyimi bilmirəm. Hələki istirahətdəyəm.

 

- Sabiq komandan "Neftçi" bərbad çıxışıyla diqqət çəkdi. Bu barədə nə deyərdin?
- "Neftçi" futbolumuzun flaqmanıdı. Biz "ağ-qaralar"ın daim yaxşı çıxış edib, yüksək yerlərdə qərarlaşdığını görmüşük. Ümid edirəm onlar qısa zamanda toparlanıb gələn mövsüm daha yaxşı çıxış edəcəklər.

 

- Əslən Füzulidənsən. Artıq doğma yurdunun təmsilçisi II liqada çıxış edir. Nə vaxtsa "Füzuli"nin heyətində oynamağı düşünürsən?
- Füzulidə doğulmuşam. Əziz, doğma yurdum futbol ənənəsi olan bölgədi. Sadəcə, müəyyən səbəblərə görə xeyli vaxt idi, təmsilçimiz yox idi. Yenidən Füzulinin peşəkar liqada komandasının olmasına çox sevinirəm. Arzu edirəm ki, hazırda II Liqada mübarizə aparan "Füzuli" gələcəkdə daha güclü liqalarda oynasın. Əlbəttə ki, bir füzulili kimi mən də doğma yurdumun təmsilçisi üçün əlimdən gələni etməyə hazıram.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Oxşar xəbərlər