top
Şəfa Futbol Klubunun prezidenti Kənan Sadıqlının müsahibəsi: Klubun strategiyası, transferlər, infrastruktur və Atletik sistemi Idman.biz
06 may 2026, 14:41
- +

"Şəfa" Futbol Klubunun prezidenti Kənan Sadıqlının müsahibəsi: Klubun strategiyası, transferlər, infrastruktur və "Atletik" sistemi

"Ev oyunları üçün Sumqayıtdakı "SOCAR Polymer Arena"nı sifariş etmişik".

Bunu Futbol üzrə Azərbaycan Birinci Liqasında çempionluğa əsas namizəd olan "Şəfa" Futbol Klubunun prezidenti Kənan Sadıqlı AZƏRTAC-a verdiyi müsahibədə deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Şəfa" klubuna 2024-cü ildən həm sponsorluq, həm də rəhbərlik edirsiniz. Maraqlıdır, investisiya qoymaq üçün niyə məhz bu klubu seçdiniz?

- Açığı, bizə başqa klublar da təklif olunmuşdu. Amma "Şəfa" bizə daha doğma klubdur. Mən özüm də bu komandada futbolçu kimi çıxış etmişəm. Yəni, "Şəfa" ilə bağlı xoş xatirələrimiz var. Təklif gələndə də məsələyə bu prizmadan yanaşdıq. Həm də komandanın ənənələri var, buradan yaxşı futbolçular çıxıb. Bütün bu amilləri nəzərə alıb, yekunda seçimi "Şəfa"dan yana etdik.

- Komanda Birinci Liqaya ötən mövsümün sonunda vəsiqə qazansa da, hazırda çempionatda vahid liderdir və Premyer Liqaya çıxmağa əsas namizəd hesab olunur. Necə oldu ki, "Şəfa" klubu belə qısa müddətdə bu yerlərə gəlib çıxdı?

- Biz hər bir işə geniş aspektdən yanaşırıq. Bilirsiniz ki, "Şəfa" klubu "MY Group Holdinq"ə məxsusdur. Digər sahələrdə olduğu kimi, futbolda da idarəetməni düzgün qurmağa çalışırıq. Hər bir prosesi detallı şəkildə izləyib analiz edirik. Çalışırıq ki, gördüyümüz işin nəticəsi olsun. Düşünürəm ki, müsbət nəticələrin əldə olunmasının kökündə işə istəkli yanaşmamız dayanır. Təbii ki, burada komandanın, orada çalışan insanların da böyük rolu var. İlk dövrlərdə çətinliklərimiz oldu. Çünki futbol bizim üçün də yeni və fərqli sahədir. Təcrübə toplaya-toplaya bu yerlərə gəlib çıxdıq.

- Yəqin ki, artıq Premyer Liqanın hazırlıqlarına başlamısınız. Bu istiqamətdə hansı işlər görülür?

- Bəli, hazırlıqlar gedir. Lisenziyalaşdırmadan keçmişik. Bəzi futbolçularla bağlı danışıqlar var. Mövsümün sonunda baş məşqçi ilə ətraflı görüşümüz olacaq. Ondan sonra plan üzrə hərəkət edəcəyik.

- Bəs, infrastrukturla bağlı məsələlər nə yerdədir? Məsələn, komanda Premyer Liqaya yüksəlsə, ev oyunlarını harada keçirəcək?

- Ev oyunları üçün Sumqayıtdakı "SOCAR Polymer Arena"nı sifariş etmişik. Alternativ variant tapa bilməsək, rəqiblərimizi, böyük ehtimalla, orada qəbul edəcəyik. Amma həm də aktiv axtarışdayıq. Əlbəttə, biz özümüzə doğma olan, keçmiş adı ilə desək, "Şəfa" stadionunda oynamaq istərdik. Amma orada təmir işləri gedir. Çatdıra bilsələr, rəqiblərimizi həmin arenada qəbul edə bilərik. Ümumiyyətlə, ilk gündən əsas prioritetimiz yerli futbolçular yetişdirərək Azərbaycan futboluna qazandırmaqdır. Bu səbəbdən də ilk hədəflərdən biri akademiyamızın inkişafıdır. Ölkə xaricindən əcnəbi mütəxəssislərin dəvəti də nəzərdə tutulub. Bilirsiniz ki, bu yaxınlarda Nadir Nəbiyev akademiyaya yeni rəhbər təyin olundu. Artıq futbolçu seçimləri üçün bölgələrə səfərlər təşkil edilir. Odur ki, öz meydançamızın olması bizim üçün əsas şərtdir. Düzdür, infrastruktur cəhətdən bəzi çətinliklərimiz var. Amma axtarışlarımız davam edir. Çatışmazlıqları aradan qaldırmağa çalışırıq.

- "Şəfa" Birinci Liqada heyətində legioner futbolçu olmayan tək-tük komandalardan biridir. Bilirik ki, bu, klubun əsas strategiyasıdır. Ənənə Premyer Liqada da davam edəcəkmi?

- Bu yola çıxandan ilk istəyimiz o olub ki, azərbaycanlı futbolçularla mübarizə aparaq. "Şəfa"da "Atletik" (Bilbao) klubunun sistemini tətbiq etmək istəyirik. Bilirsiniz ki, Bilbao təmsilçisinin heyətində əsasən bask futbolçular çıxış edirlər. Başa düşürük ki, yolumuz heç də asan deyil. Bu istiqamət üzrə getməkdə qərarlıyıq. Yerli oyunçulara güvənməklə yanaşı, digər tərəfdən də Premyer Liqadakı yerimizi qorumağa çalışacağıq. Dərhal yüksək yerlər uğrunda mübarizə aparmağı hədəfləmirik. Əsas məqsəd addım-addım irəliləməkdir. İran, Rusiya və Türkiyədə çıxış edən azərbaycanəsilli futbolçulara müraciət edəcəyik. Amma, məsələn, Afrikadan legioner gətirmək olmayacaq.

- Mediada müxtəlif futbolçuların adları "Şəfa" ilə yanaşı hallanır. Hətta onların arasında Ramil Şeydayev kimi tanınmış oyunçular da var. Sirr deyilsə, başqa hansı futbolçularla danışıqlar aparırısınız? Yəni, konkret ad və ya adlar çəkə bilərsiniz?

- Konkret danışıq apardığımız futbolçular yoxdur. Sadəcə, müzakirələr gedir ki, hansı oyunçulara təklif göndərmək olar. Çünki müəyyən büdcəmiz olacaq və ona uyğun hərəkət edəcəyik. Bəzi xəbərlər həqiqəti əks etdirmir. Məsələn, Ramil Şeydayevlə danışığımız olmayıb. Ümumiyyətlə, onun transferini düşünməməşik. Daha çox gənc və potensiallı futbolçulara üstünlük verməyə çalışacağıq. Premyer Liqa səviyyəsində çıxış edə biləcək yerli futbolçu sayının az olması da bizə problem yaradır. Hazırkı heyətdən bəzi futbolçuları saxlayacağıq.

- Son vaxtlar baş məşqçi məsələsi də geniş müzakirə olunur. Hətta Ayxan Abbasovun komandanın sükanı arxasına keçəcəyi ilə bağlı iddialar var. Hazırkı baş məşqçi Elgiz Kərəmli ilə bağlı klub rəhbərliyinin planı nədən ibarətdir?

- Hələ heç bir məşqçi ilə danışığımız olmayıb. Elgiz müəllim ötən ildən komandaya başçılıq edir. Böyük ehtimalla, birlikdə çempion olacağıq. Bu tur "Difai"yə qalib gəlsək, çempionluq vaxtından əvvəl təmin ediləcək. Mövsüm bitdikdən sonra isə baş məşqçi ilə danışacağıq. Şərtlər üst-üstə düşsə, yeni müqavilə imzalanacaq. Bizim üçün prioritet Elgiz Kərəmli ilə yola davam etməkdir.

- Necə düşünürsünüz, "Şəfa" ölkə futbolunda yaxşı mənada iz qoya biləcəkmi?

- İnanırıq ki, belə də olacaq. Öz işimizə güvənirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:14

Azər Bağırov Sumqayıtdakı 1:1 heç-heçəni və oyunun çətinliyini şərh etdi

Futbol
Dünən, 23:43

Tottenham İngiltərə Premyer Liqasının ilk dörd turunda qol vura bilməyərək rekord qırdı

Basketbol
Dünən, 22:51

“Neftçi” basketbol komandası Türkiyədə iki matçda məğlub oldu

Futbol
Dünən, 22:29

“Tottenhem” Evertonla 0:0 heç-heçə, “Hall Siti” Çelsi ilə 2:2 bərabərlik - VİDEO

Futbol
Dünən, 22:28

Kəpəz, Qəbələni 1:0 məğlub etdi - Video icmalı

Futbol
Dünən, 22:07

Latsio iki qol fərqini itirdi, Milanla 2:2 heç-heçə

Basketbol
Dünən, 21:33

Azərbaycan qadın 3x3 basketbol komandası Avropa çempionatında Ukraynaya 20:7 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 21:08

Qəbələ məşqçisi: Qələbə üçün xarakter və istək çatışmır

Futbol
Dünən, 21:05

Azər Məmmədov: “Kəpəz”in güclü komanda formalaşdırması üçün vaxt lazımdır

Qarabağ FK
Dünən, 20:55

“Qarabağ-2” ev oyununda Araz‑Naxçıvan-2‑ni 3:1 məğlub edərək inamlı qələbə qazandı

Digər
Dünən, 19:13

“Elit Polo Club” Böyük Britaniyanın “Red Star” komandasını məğlub etdi

Futbol
Dünən, 18:59

Xviça: PSJ-də fərdi mükafatlar əhəmiyyətli deyil, komanda qazanclarına fokuslanırıq

Futbol
Dünən, 18:11

Erik Ramos, “Sabah” və “Neftçi”nin keçmiş futbolçusu, “Mançester Yunayted”‑“Sabah” matçı haqqında şərh verdi

Futbol
Dünən, 17:58

“Sabah”ın rəqibi “Viking” klubunun futbolçusunu icarəyə verdi

Qarabağ FK
Dünən, 17:27

“Qarabağ” və “Sabah” Çempionlar Liqasının son 10 ildə ən ucuz heyətli komandalar arasında – FOTO

Voleybol
Dünən, 11:29

“Gəncə” voleybol klubu Ülkər Kərimova ilə müqavilə imzalayıb

Futbol
Dünən, 06:28

Luis Holl “Nyukasl” ilə uzunmüddətli müqavilə imzaladı

Futbol
Dünən, 05:39

Neymar 2 milyon avroluq FIFA qadağasını aradan qaldırmaq üçün Santos klubuna kömək etdi

Futbol
Dünən, 04:31

Joao Pedro avqust ayı üçün İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu seçildi

Güləş
11 sentyabr 2026, 21:27

Azərbaycan yunan‑Roma güləşi millisinin növbəti təlim‑məşq toplanışı başlayır

Digər
11 sentyabr 2026, 21:19

Elit Polo Club yarımfinala yüksəldi – Sea Breeze 2026 beynəlxalq çimərlik polosu turniri

Futbol
11 sentyabr 2026, 21:10

Sumqayıt 1+2 illik müqavilə ilə Burkina Faso millisinin üzvü Mamadi Banqreyi transfer etdi

Futbol
11 sentyabr 2026, 21:05

Fərid Namazov: “Neftçi” matçda dominant oynadı, ancaq qalib gəlmədi

Futbol
11 sentyabr 2026, 20:21

Vernidub: “Müdafiə çox yersiz iki qol buraxdı, buna görə narahatıq”

Oxşar xəbərlər