top
Samir Abasov: Bir günlə düzəlməyəcək Sport24.az
19 yanvar 2025, 21:32
- ↺ +

Samir Abasov: "Bir günlə düzəlməyəcək"

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 19-cu turunun "Sabah"la oyundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, o, jurnalistlərin suallarını da cavablandırıb.

 

- Matçın sonlarına yaxın sanki siz başqa şey fikirləşirdiz, futbolçular bununla razı deyildi. Qazanılacaq bir xalı itirməkdən qorxdular və risk etmədilər...

- Meydana qələbə üçün çıxmışdıq. Çox ümidli və motivasiyalı idik. Qəbələ toplanışında öz kanalımıza müsahibəmdə də hər şeyin möhtəşəm keçdiyini demişdim. Bu gün uduzsaydıq, nə deyəcəyimi bilmirdim. Qol buraxıb, qol vurursansa, ruhlanırsan. Biz kənardan nə qədər istəsək də, futbolçuların fiziki durumu, yorğunluğunu da nəzərə almalıyıq. Deməzdim ki, istəmirdilər və bir xal üçün oynayırdılar. Qorxu bəzi futbolçularda ola bilər. Bu da xal itirməklə bağlıdır. Yaxşı maraqlı oyun odlu. Qol çox olmadı, epizodlar da həmçinin. Futbolçulara təşəkkür edirəm. İşimiz elə çoxdur ki...Oyunun intizamını düzəltmək lazımdır. Psixoloji məqamlar da var. "Neftçi" adına çox hücum etməliyik. Əhatəsi böyük məsələdir. Bunlar bir günlə düzəlməyəcək. Bu oyunda intizama görə sağolsunlar. Kim hara düşmək lazım idi, onu düzgün etdilər. Biz rəqibə çox epizod vermədik. Dörd qol buraxdığımız oyunlar var idi. Hücumlarda daha da kəsərli olmalıyıq. O da pis sezilən tərəf idi. Aradan qaldıracağıq. Uzunmüddətli iş görməliyik ki, hamısı düzəlsin. Tempə futbolçular dözsün, diqtə edən tərəf biz olaq. Bu tempə dözmək üçün hər şey yerində olmalıdır. Problemlərimiz var, aradan qaldıracağıq. Vaxt lazımdır.

 

- Onları daha tez aradan qaldırmaq üçün qışda yoxlama görüşü köməyinizə gəlməzdi?

- 18 oyuna problem aradan qalxmayıbsa, yoldaşlıq görüşü ilə aradan qalxan deyil. Bu haqda danışmışıq. Hər şeyi o toplanışa bağlayırıqsa, tam razıyam. Meydanda işlədiklərimizi gördük. Yoldaşlıq görüşləri ilə hər şey düzələn deyil. Amma daha yaxşı olacaq, inanıram.

 

- Azarkeşlərin daha iddialı "Neftçi" görməsi üçün nə qədər vaxt lazımdır?

- Demişdim axı, martın 22-i(gülür). 

 

- Gerçəyə baxaq. Vaxtla bağlı rəhbərliyə nəsə demisiz?

- Yox, bu qədər vaxt lazım olduğunu deməmişəm. Bu klubda futbolu tək anlayan mən deyiləm. Mən deyən düzdür deyə, bir şey yoxdur. Rəhbərlik də hər şeyi yaxşı başa düşür. Biz də başa düşməliyik ki,onlar hər zamna yaxşısını gətirib. Onlar da daha yaxşı "Neftçi" olmasına çalışır. Mənim futbolçularımı efirdə, saytlarda yerdən-yerə vururlar. Bu futbolçu filan şey etmədi, bu futbolçu oynaya bilmir. Onlar oynaya bilmirsə, dominant futbolu necə oynayaq? Dominant futbol oynamaq üçün uzun proses keçməlisən. Kökə bağlı bir şeydir. İlin əvvəlindən qurduğun işə bağlanır. Ayaqda durmağı bacarmalısan və komanda, məşqçi işi ortada olmalıdır. Sizin gözünüzdən qaçan şeylər var ki, mən də razıyam, daha çox şey tələb edirik. Amma tələb edəndə düşünürəm ki, o futbolçu bunu edə bilər? Bizdən yuxarıda gedən komandalar..."Qarabağ"ı çıxaq. Orada artıq sistem məsələsi var. Digər komandalar bir-biri ilə oynayanda, hansı dominantdır? Bəlkə dominant anladığım məsələ başqadır, sual verənlərin anladığı dominant başqa....Mən anladığım dominant futbol bir günlə düzələn bir şey deyil. Onun üçün kökün olmalıdır, ayaqda duran komanda olmalısan. Rəqib artıq bilməlidir ki, bu sənin oyunundur. İki-üç aylıq məşqçi dəyişikliyi ilə düzələsi bir şey deyil.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 10:07

Zaqrebdə Qran-pri turnirində dörd Azərbaycan cüdoçusu 1/16 finala çıxacaq

Futbol
Bu gün, 10:00

Sumqayıtın müdafiəsi Keffel Resende Azərbaycandakı çıxışından danışdı

Digər
Bu gün, 09:51

Kür 1/8 finalda Çair ilə qarşılaşır – rəqibin təcrübəsi

Futbol
Bu gün, 09:40

İtaliya millisi 64 ildən sonra evdə Fransaya qarşı qələbə qazanıb

Futbol
Bu gün, 09:38

Maykl Kerrik 303 gün sonra Manchester Uniteddan uzaqlaşdırıldı

Futbol
Bu gün, 09:37

Niderland – Yunanıstan, Almaniya – Serbiya: Millətlər Liqası A Liqası

Futbol
Bu gün, 09:34

UEFA Millətlər Liqası: Niderland Yunanıstanla, Almaniya Serbiya ilə oyun oynayacaq

Futbol
Bu gün, 09:20

Dünyanın ən yüksək maaşlı İtalyan futbolçusu Canluici Donnarumma təyin edildi

Futbol
Bu gün, 09:13

Martinez çənəsi yaralanmanın ardından Argentina milli komandasında geri dönə bilər

Digər
Bu gün, 09:10

Kür həndbol komandası Mingəçevir şəhərində Şimali Makedoniya klubu WHC Çair ilə EHF Avropa Kuboku müsabiqəsində qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan millisi bu gün Lixtenşteynlə üz-üzə gəlir

Futbol
Bu gün, 09:00

Azərbaycana qarşı Lixtenşteynlə UEFA Millətlər Liqası qarşılaşması

Futbol
Bu gün, 08:40

İngilis futbolçuları arasında ən yüksək maaş Ayven Toniya aiddir, Harri Keyn ikinci yerdə

Futbol
Bu gün, 08:20

Mauricio Pochettino Manchester United ilə iki il yarım müddətli müqavilə imzalayacaq

Futbol
Bu gün, 08:08

Virts: Klopp hər oyundan sonra mənə qısa mesajlar göndərir

Qarabağ FK
Bu gün, 08:00

Aleksey Kaşuk: Yarmolenko və Tsiqankovun məclisdə olmaması məni məyus edir, onlar mənim üçün nümunədirlər

Futbol
Bu gün, 07:14

Bellinqem İngiltərə millisində 6 asistlə Sterlinqin rekordunu təkrar etdi

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Oxşar xəbərlər