top
“Şamaxı”nın qəhrəmanı: “İnanın, bu gün 3 qol vurmağıma yox, qələbə qazanmağıma sevinirəm” Sport24.az
17 may 2024, 14:30
- ↺ +

“Şamaxı”nın qəhrəmanı: “İnanın, bu gün 3 qol vurmağıma yox, qələbə qazanmağıma sevinirəm”

"Qaradağ Lökbatan" - "Şamaxı" matçının qəhrəmanı heç şübhəsiz ki, qonaqların futbolçusu Emin Zamanov oldu. "Şirlər"in yarımmüdafiəçisi het-trik edərək komandasına qələbə qazandırmaqla yanaşı, demək olar ki, Premyer Liqaya yolunu açdı. Komandasının qələbəsində önəmli rol oynayan Emin Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

 

- Emin, ağır 90 dəqiqədən sonra qələbə qazandız. Oyunla bağlı fikirlərin maraqlıdı...
- Mövsüm ərzində ən vacib oyunumuza çıxmışdıq. "Qaradağ Lökbatan"la matçın böyük ölçüdə çempionluğun taleyini həll edəcəyini və çətin olacağını bilirdik. Amma şükürlər olsun ki, sonadək mübarizə apardıq və 3 xalımızı qazandıq. Qələbəmizi Vətən Müharibəsi zamanı Qarabağımız uğrunda canlarını fəda edən şəhidlərimizə, qazilərimizə və onların ailələrinə həsr edirik.


- Hesabı açan və fasiləyə üstün yollanan meydan sahibləri oldu. Oyuna istədiyiniz kimi başlaya bilməməyinizin səbəbi nə idi?
- Çox güclü və xoş sözlərə layiq rəqibə qarşı oynayırdıq. "Qaradağ Lökbatan" uzun müddət turnir cədbəlinə təsadüfən liderlik etmirdi. İlk dəqiqələrdən meydan sahibləri yaxşl pressinq tətbiq etdilər və ehtiyatlı oynadılar. Fasiləyə qədər toparlanıb, bərabərlik qolunu vursaq da, rəqib bizdən daha istəkliydi və 2-ci qolu vurmaqla ilk yarını öz xeyirlərinə başa vurdular. Yalnız fasilədən sonra özümüzə gəlib ardıcıl qollar vurmaqla bizə lazım olan nəticəni qoruduq.


- Bura kimi bəzi oyunlarda vacib xallar itirmişdiz…
- Təbii ki, bəzi oyunlarda vacib xallar itirdik. Amma artıq bunun əhəmiyyəti yoxdu. Ən azı həmin oyunlardan dərs çıxardıq və bu gün bizə lazım olan zəfəri qazandıq. İrəli baxmalıyıq.


- Komandanızın əsas "qol silahı" Elşad Tağıyev olsa da, bu gün het-rik etdərək "Şamaxı"ya qələbəni sən qazandırdın...
- İnanın, bu gün 3 qol vurmağıma yox, qələbə qazanmağıma sevinirəm. Əsas mənim neçə qol vurmağım yox, "Şamaxı"nın uğurudu.


- Növbəti və sonuncu oyununuzu autsayder "Araz Saatlı"ya qarşı keçirəcəksiz. Bu günkü qələbə komandanı arxayın salmaz ki?  
- Hələ çempionat bitməyib. Nə qədər sevincimiz böyük olsa da, bizi qarşıda daha bir çətin sınaq gözləyir. Saatlı təmsilçisi ilə oyun "Qaradağ Lökbatan"dan daha gərgin olacaq. Odur ki, arxayınlğa yol verə bilmərik. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, mövsümə qələbəylə yekun vurub çempionluğumuzu rəsmləşdirək.


- "Şamaxı"da qalacaqsan?
- Bu dəqiqə ancaq "Şamaxı"nın çempion olması barədə düşünürəm. "Qızıl"I təmin edəndən sonra gələcək karyermla bağlı danışa bilərəm.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Oxşar xəbərlər