Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Şamaxı"ının transfer strategiyası müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi və Ayxan Abbasov ötən "futbol ili"ndə komandanın formasını geyinən futbolçulardan yalnız 12-ni düşərgədə saxlamağa qərar verib.
Bundan başqa rəhbərlik 2022/23 mövsümündən fərqli, bu dəfə düşərgəyə legioner də dəvət etməyi düşünür. Söylənilənlərə inansaq, bölgə təmsilçisi 7 əcnəbi ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, başa çatan mövsümdə I Liqanın qalibi olan "Şamaxı" yeni "futbol ili"ndə Premyer Liqada iştirak etmək hüququ qazanıb.