top
Şahruddin Məhəmmədəliyev: Qurban Qurbanov Barselona sisteminin pərəstişkarıdır və daim daha çoxunu tələb edir Idman.biz
30 yanvar 2026, 00:34
- ↺ +

Şahruddin Məhəmmədəliyev: Qurban Qurbanov "Barselona" sisteminin pərəstişkarıdır və daim daha çoxunu tələb edir

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev komandanın baş məşqçisi Qurban Qurbanov haqqında danışıb.

İdman.Biz bildirir ki, Qurbanovun rəhbərliyi altında klub tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

"Qarabağ"a gələn hər kəs eyni fikirdədir. Hər kəsin fərqli fikirdə olduğu məqamlarvar, amma Qurbanov haqqında hər kəsin fikri eynidir. O, böyük insandır. Buna görə də Allah onu bütün zəhməti və ədalətinə görə mükafatlandırır.

O, "Barselona" sisteminin pərəstişkarıdır. O, bizə də eyni prinsipləri aşılayır: topa nəzarət, ona görə də onu qiymətləndiririk. Və son vaxtlar Avropa səviyyəsinə uyğunlaşmaq üçün fiziki hazırlığımız üzərində çox çalışırıq. Onlar hər üç gündən bir bu səviyyədə oynayırlar, biz isə yalnız Çempionlar Liqasında hər üç həftədən bir oynayırıq. Buna uyğunlaşmaq üçün daha çox məşq etməli və Avropa komandalarından daha güclü olmalıyıq.

O, həqiqətən çox iddialıdır, heç vaxt istirahət etmir. Mən onun özündən heç vaxt məmnun olduğunu görməmişəm. Məsələn, "Liverpul"a məğlubiyyətdən sonra Qurbanov soyunma otağında çox əsəbi idi, hamıya "ürəyini boşaltdı". Və yalnız bundan sonra dedi: "Yaxşı. Biz pley-offdayıq, tarix yazmışıq. Sevinin, uşaqlar!" Amma o, yenə də "Enfild"dəki 6:0 hesablı məğlubiyyətdən özünə gəlmədi. Biz ora yalnız özümüzü müdafiə etmək üçün deyil, qalib gəlmək üçün getmişdik", - Məhəmmədəliyev "Championat"ın müxbiri Vladimir Çetveriklə müsahibəsində bildirib.

"Qarabağ" Çempionlar Liqası əsas mərhələsini 22-ci yerdə başa vurub. Turnir ərzində Azərbaycan klubu "Benfika"nı (3:2), "Kopenhagen"i (2:0) və "Ayntraxt"ı (3:2) məğlub edib. Pley-off mərhələsində komanda Fransanın PSJ və ya İngiltərənin "Nyukasl Yunayted" komandaları ilə oynaya bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:25

Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyadakı üçhəftəlik toplanışını başa vurub

Futbol
Bu gün, 11:13

Polşa jurnalisti Levandovskinin Çikaqo Fayrdakı çıxışını uğursuz hesab edib

Futbol
Bu gün, 11:12

"Bavariya" rəsmisi Musialanın zədəsi haqqında: "Bu, insan faciəsidir"

Boks
Bu gün, 11:05

Azərbaycan U-23 boks yığması Poreç Avropa çempionatında 4 medal qazanıb

Voleybol
Bu gün, 11:00

Superliqada beşinci turun son oyunu keçiriləcək

Futbol
Bu gün, 10:55

PSJ "Loryen"i məğlub edərək məğlubiyyətsizlik seriyasını 14 oyuna çatdırdı

Futbol
Bu gün, 10:54

İkinci Liqada 13-cü turun üç qarşılaşması bu gün keçiriləcək

Futbol
Bu gün, 10:45

Anri: Arsenal hazırda çempionluq mübarizəsində ən etibarlı komandadır

Futbol
Bu gün, 10:45

Ronalddan Interə keçidinin səbəbi: daha yaxşı maaş

Futbol
Bu gün, 10:45

Fənərbağçadan Lukaku və iki futbolçu ayrılacaq

Qarabağ FK
Bu gün, 10:42

«Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı»

Futbol
Bu gün, 10:40

Erik Kantona: Manchester United-da məşqçi ilə münasibət

Qarabağ FK
Bu gün, 10:37

"Qarabağ – Sumqayıt: Suraxanı Azersun Arena"da 3 xal üçün mübarizə"

Qarabağ FK
Bu gün, 10:33

Qarabağ və Fənərbaxça oyunu: Canlı yayım kanalları və tarixləri

Digər
Bu gün, 10:32

Sumqayıtda ölkə karate birinciliyi müxtəlif üslublarla yekunlaşır

Futbol
Bu gün, 10:30

FIFA bu mükafatı ləğv edə bilər

Futbol
Bu gün, 10:29

Qəbələ Şamaxıya gələcək: Misli Premyer Liqası XIII turu

Futbol
Bu gün, 10:23

«Fransa təmsilçisi PSJ Xulian Kinyonesi ilə maraqlanır»

Futbol
Bu gün, 10:21

Hansi Flik, "Sabah"ın qolunun ardından nə üçün əsəbiləşdi?

Futbol
Bu gün, 10:17

Real evdə Alaves‑lə 1:2 məğlubiyyət alıb

Futbol
Bu gün, 10:15

Sabiq Barselona hücumçusunun məşqçilərindən şikayəti

Futbol
Bu gün, 10:13

Fernando Muslera Qalatasarayda karyerasını başa vurdu

Futbol
Bu gün, 10:11

Mourinyo məğlubiyyəti və Arda haqqında

Futbol
Bu gün, 10:00

Kəpəz klubuna əsas futbolçunun Şamaxı qarşısında oyunu itirəcəyi xəbər

Oxşar xəbərlər