"Barselona"nın sabiq hücumçusu Vitor Roke İspaniya təmsilçisində çıxış etdiyi dövrdə yaşadığı çətinliklərdən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu məşqçilər heyətindən lazımi dəstəyi görmədiyini bildirib:
"Komandanın məşqçilərinin dəstəyini hiss etmək çox vacibdir. Təəssüf ki, "Barselona"da olduğum müddətdə məşqçilər mənimlə söhbət etmək üçün demək olar, heç vaxt yanıma gəlmirdilər".
Roke 2023-2025-ci illərdə "Barselona"nın formasını geyinib. Hazırda 21 yaşlı hücumçu ölkəsində "Palmeyras" üçün "tər tökür". Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin sonuna qədərdir. Rokenin transfer dəyəri 38 milyon avro qiymətləndirilir.