Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi komanda "Adana Dəmirspor" "Antalyaspor"un qonağı olub.
Şahruddin Superliqanın 37-ci turu çərçivəsində keçirilən qarşılaşmaya start heyətində başlayıb. Onun komandası Antalya səfərində 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, "Adana Dəmirspor" 44 xalla 11-ci pillədə qərarlaşıb. Məhəmmədəliyevin klubunu 10-cu pillədən 4 xal ayırır.
İdman.biz