top
Şahin Diniyev: İndi daha keyfiyyətli komandalar var Sport24.az
03 iyun 2024, 12:00
- ↺ +

Şahin Diniyev: "İndi daha keyfiyyətli komandalar var"

"Səbail" ilə müqaviləsinin müddətini daha 1 illiyə uzadan Şahin Diniyev Sport24.az-a müsahibə verib. Təctübəli mütəxəssis ötən mövsümü dəyərləndirməklə yanaşı, "dənizçilər"in gələcək planlarından və yeni mövsüm üçün hədəfindən danışıb.


- Artıq 2023/24 mövsümünə nöqtə qoya bilərik. Geriya baxanda komandanızın çxışını necə dəyərləndirərdiz?
- 36 turu bir neçə hissəyə bölərdim. Mövsümə məğlubiyyətlə başlasaq da, sonradan sıçrayış edərək 17 xal topladıq. Bunu uğur adlandırardım. Amma XII turda "Turan Tovuz"la ev oyunumuzda əzmkar qələbə qazansaq da, başda Ağabala Ramazanov olmaqla 5 əsas heyət oyunçumuzu itirdik. Bu da ansamblımızı pozdu. Ona görə qış fasiləsinə kimi istədiyimiz nəticəni göstərə bilmədik. Hətta çempionatın 1-ci yarısı bitəndən sonra cəmi 9 əsas heyət oyunçumla toplanış keçdim. Yeni transferlər də təlim-məşq prossesində demək olar iştirak etmədən fasilədən sonra bizə qoşuldular. Buna rəğmən əzmkarlığımızı, döyüşkənliyimizi itirmədik. Bacardıqca maksimum irəli getmək istədik.


- Ötən mövsümlə müqayisədə bu il "Səbail"də nələr dəyişdi?
- 2022-23-cü il mövsümünün ikinci yarısında komandanın "sükanı arxasına" keçdim. Vəziyyət kritik idi, sonuncu pillədəydik. Qarşımıza nəyin bahasına olursa-olsun elitada qalmaq şərti qoyulmuşdu. Buna nail olduq. Bu il isə daha maksimum yuxarı pillədə qərarlaşmağı hədəf qoymuşduq. Peşəkar analiz aparılsa aşağı pillədən yuxarı yerlərə qalxmışıq. Fikrimcə, 8-9 ay ərzində formalaşdırılan komanda üçün pis nəticə deyil. Hətta çempionatın bitməsinə 4 tur qalmışa qədər avrokuboklara vəsiqə uğrunda mübarizə aparırdıq. Sadəcə, "Qəbələ"yə məğlubiyyətdən sonra qitəmiqyaslı yarışlara şansımızı itirdik.
Yüksələn xətt üzərində inkişaf gedib.


- Daha bir il "Səbail"dəsiz. Gələn mövsüm üçün qarşınıza hansı məqsəd qoyulub?
- Maksimum irəli getmək. Məsuliyyətimizi anlayırıq. Ötən il 9-cu olduq, bu mövsüm finişə 7-ci çatdıq. Təbii ki, yeni "futbol ili"ndə də eyni göstərici olacaqsa, zəif nəticə sayılacaq. Ona görə də inkişaf etməliyik. Təbii ki, büdcə və digər bu kimi məsələlərdən də çox şey asılı olacaq. Amma mən baş məşqçi kimi əlimdən gələni əsirgəməyəcəm.


- Sizcə, bu il Premyer Liqada və ümumiyyətlə, ölkə futbolunda canlanma oldu?
- Çoxları deyə bilər ki, "Şəmkir", "Xəzər-Lənkəran", "Karvan" və digər komandalarımızın dövründə daha rəqabətli, maraqlı çempionat olub. Məncə, geridə qaoyduğumuz mövsüm daha gərgin və rəngarəngliyi ilə seçildi. İndi daha keyfiyyətli komandalar var. İlk və sonuncu pillənin sahibləri xaric, yerdə qalan bütün 8 klub bir-biriylə rəqabət apardı. Avrokuboka vəsiqə sahiblərinin adlarına sonuncu turda aydınlıq gəldi. "Qarabağ"ın gücü hamıya bəllidi. Amma düşünürəm ki, bu gün yerdə qalan 9 komanda ağdamlılara qarşı layiqincə müqavimət göstərdi. "Qarabağ"ın qitəmiqyaslı turnirlərdə uğurlu çıxışında da bunun rolu oldu. Dünən baş tutan ölkə kubokunun finalında "Zirə" son saniyələrə kimi Qurban Qurbanovun komandasına təslim olmadı. Sadaladıqlarımı görməzlikdən gəlib, "heç bir inkişaf yoxdu demək" ədalətsizlik olardı. Odur ki, gələn mövsümdə də rəqabətli 36 tur görəcəyimizə inanıram.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Oxşar xəbərlər