top
“Sabah” Rəvan Həmzəzadəni özü ilə aparacaq?! Idman.biz
23 aprel 2026, 15:56
- ↺ +

“Sabah” Rəvan Həmzəzadəni özü ilə aparacaq?!

Ötən gün Bizon Azərbaycan kubokunun 1/2 final mərhələsi çərçivəsində baş tutan "Sabah" - "Qarabağ" (2:1) qarşılaşması ətrafında davam edən müzakirələr səngimir.

"Qarabağ" klubunun sadiq azarkeşi kimi tanınan Milli Məclisin deputatı Aqil Abbasın qol.az-da kubok oyunu haqqında yazısı dərc olunub.

Həmin yazını təqdim edirik:

Heç kim "Sabah"ın çempionluğuna və oyunlarına kölgə salmaq istəmir. Əksinə, "Qarabağ"la rəqabət aparacaq bir komandanın olması futbolumuzun inkişafı deməkdir.

"Qarabağ"la oyunda da "Sabah" gözəl və ağıllı oyun nümayiş etdirdi. Amma nədənsə hakim Rəvan Həmzəzadə "Sabah"ın halal işinə haram qatdı. Haramlıq isə heç kimə heç vaxt xeyir verə bilməz.

"Sabah"a Avropa Çempionlar Liqasında uğurlar arzulayırıq. Amma onu dəqiq bilmirik ki, klub onun halal işinə haram qatan hakim Rəvan Həmzəzadəni özü ilə aparacaqmı?! Klubun bu Çempionlar Liqasında oyunlarında hakimliyi ona tapşıracaqlarmı?

Kor da bilir Əlifin şoru duzsuzdu, Rəvan Həmzəzadə şükürlər ki, kor deyil, amma Əlifin şorunun duzsuz olduğunu görmür.

Nə isə…

Onu da bilirik ki, Qurban Qurbanov və komandası yenə Avropa çempionatlarında öz sözünü deyəcək, Rəvan Həmzəzadə istəsə də, istəməsə də.

Mart, gözünə barmağım, yaza çıxdı oğlağım.

Və bir də onu deyim ki, "Qarabağ"ın hər il çempion olmaq öhdəliyi yoxdur. Dilxor olma, "Qarabağ", biz həmişə səninləyik – udanda da, uduzanda da, çempion olsan da, olmasan da.

Qurban Qurbanovun soyuqqanlılığına qibtə edirəm.

Vaqif Cəbrayılzadənin gözəl bir şeiri var:

Ax, zalım dostlar,
zalım qardaşlar
fələyin zülmünə düşəndən bəri
kimin nə vecinə ki,
anamın əziziyəm,
kimin nə vecinə ki,
anam yalvarır göyə.
O qarasaç Allahım,
o gödəkboy Allahım
susub,
qorumur məni.
Bir də baxıb
görürsən ki,
bir boynuyoğun,
bir yekəqarın
üzündə bir şillə yeri
durub gözləyir səni.
Amma
bir boynuyoğun,
bir yekəqarını
döymək
mənə bir az çətindi
bir şilləlik canım var.
Ax, zalım dostlar,
zalım qardaşlar.

İndi Rəvan Həmzəzadənin… Nə isə…

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Oxşar xəbərlər