Fransanın PSJ klubunun qapıçısı Bilal Lorendon karyerasını Azərbaycanda davam etdirəcək.
İdman.Biz "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı qolkiper "Sabah"la danışıqlar aparır.
Məlumata görə, B. Lorendonun Paris klubu ilə mövcud müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Rəhbərlik əslən mərakeşli olan fransalı qapıçı ilə yeni sözləşmə imzalamağı planlaşdırmır.
Bu səbəbdən gənc futbolçunun yay transfer pəncərəsində azad agent statusu ilə Masazır təmsilçisinin heyətinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, Bilal Lorendon PSJ akademiyasının yetirməsidir və 2019-cu ildən etibarən klubun sistemində çıxış edir.